Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş olub
Tarix: 30.05.2019 | Saat: 22:22:00 | E-mail | Çapa göndər



Mayın 30-da “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında icmanın binasında görüş keçirilib.

İcmadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə icma üzvləri bildiriblər ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması və torpaqlarından qovulmuş azərbaycanlıların geri dönüşü ilə mümkündür.
Qeyd olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola biləcəyi icma üzvləri tərəfindən bəyan edilib.
İcma üzvləri həmsədrlərin regiona səfər etdikləri bir dövrdə qoşunların təmas xəttində Ermənistanın hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuzun öldürülməsindən ciddi narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını və hər vəchlə danışıqları pozmağa çalışdığını göstərir.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal altında olan ərazilərimizdə tarixi və mədəni irsimizin məhv edilməsi və dəyişdirilməsinə yönələn hərəkətlərin dərin narahatlığa səbəb olduğunu bildirməklə, bunun qəbuledilməz olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur
19.10.2019
Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info