Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı ofisi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib
Tarix: 30.05.2019 | Saat: 22:34:00 | E-mail | Çapa göndər



Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisi Müqəddəs Ramazan ayı münasibətilə mayın 30-da “Fairmont Baku” Hotelində iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli iş adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
TİKA-nın Bakı ofisinin rəhbəri Teoman Tiryaki tədbirdə çıxış edərək müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb. O, TİKA-nın Bakı ofisi tərəfindən Azərbaycanda bir sira xeyriyyə tədbirləri, humanitar layihələr həyata keçirildiyini, uşaq evlərində və müxtəlif yerlərdə ifrat süfrəli qurulduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edərək tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. Səfir Ramazan ayının mənəvi dəyərlərindən bəhs edib. O qeyd edib ki, bu ayda insanlar bir araya gəlir, bütün nemətləri bölüşürlər. Səfir Ramazan ayında türk dünyasının birlik və qardaşlığının əbədi olmasını diləyib. Bu birliyin ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına mühüm töhfə verdiyini bildirib.
Sonra TİKA-nın reallaşdırdığı layihələr barədə videoçarx nümayiş olunub.
TİKA-nın sədr müavini Əli Aslan Ramazan ayında təmsil etdiyi qurumun dünyanın müxtəlif coğrafiyalarında beynəlxalq sosial layihələr həyata keçirdiyini, xeyriyyə tədbirləri təşkil etdiyini söyləyib. Azərbaycan və Türkiyənin böyük tarixi keçmişə malik olduğunu vurğulayan Ə.Aslan, bu tarixin və mədəniyyətin dünyada təbliğinin vacibliyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Ramazan ayının gözəlliklərindən bəhs edib. O qeyd edib ki, insanlar bu müqəddəs ayda günahlardan uzaq olurlar, Allah bəndələrinin günahlarını bağışlayır.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info