İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Bakıda çıxış edib
Tarix: 30.05.2019 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Mayın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilib.
Bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışıdır.
Konsertdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib: “Bizim Azərbaycanla olan mədəni əlaqələrimiz uzun dövrü əhatə edir. Təkcə sovetlər dövrünü misal çəkmək olar. Biz bir ölkədə yaşayırdıq, bizim sıx əlaqələrimiz vardı. Sovetlər birliyi dağıldıqdan sonra mədəni əlaqələr kəsilmədi. Bu əlaqələr xalqlarımızın birgə marağı nəticəsində formalaşıb. Azərbaycan və Rusiyanı təmsil edən ifaçıların adlarını çəkə bilərəm. Hazırkı dövr bizim ölkələr arasında humanitar əlaqələrin inkişafı dövrüdür. Bu, bizim əlaqələrin çoxşaxəli istiqamətdə inkişaf etməsilə əlaqədardır. Bizim üçün mədəni mübadilənin sistemli forma alması vacibdir. Bu yaxınlarda Kreml baletinin 1001 gecə tamaşası ilə çıxışı maraq doğurub. Bu dəfə isə İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilir. Onların proqramında hər zaman dünya xalqlarının rəqsləri öz yerini alır. Mən çox sevinirəm ki, bütün biletlər satılıb. Bu, bizim ansambla olan marağın göstəricisidir. Bu o deməkdir ki, azərbaycanlı tamaşaçılar bu kollektivi sevir”.

Konsert proqramına XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr daxildir. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edir.

İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı dünya xalqlarının rəqslərini bədii interpretasiya və təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur. Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi qorunub saxlanılır və yaradıcı şəkildə mənimsənilir.
Qrupun hazırda bədii rəhbəri – direktoru İqor Moiseyevin tələbəsi, Rusiyanın Xalq artisti Yelena Şerbakovadır.
İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində mayın 31-də və iyunun 1-də də çıxış edəcək.
26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - Konfransı günlərinə təsadüf edən konsertlər SOCAR və “Qazprombank”ın dəstəyi ilə keçirilir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info