YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirilib
Tarix: 30.05.2019 | Saat: 23:42:00 | E-mail | Çapa göndər



Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızılgül dəstələri düzüblər.
Sonra tədbir YAP Xətai rayon təşkilatının qərargahında davam etdirilib.
Dövlət himninin səsləndirilməsindən sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı gündəliyə uyğun olaraq VI konfransdan ötən dövrdə görülən işlərdən geniş bəhs edib. Bildirib ki, gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edir, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqla ulu öndər Heydər Əliyevin ideyalarının təbliğinə öz töhfələrini verirlər. Sıralarında 730 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasında təmsil olunanların 40 faizdən çoxunu gənclər təşkil edir. Bu rəqəmin özü Azərbaycan gənclərinin partiyanın gələcəyinə inamını, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini bir daha nümayiş etdirir.
Məruzə ətrafında çıxış edən YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəal üzvlərindən Orxan Bayramov, Elman Aslanov, Aliyə Orucova bildirdilər ki, gənclərimiz onlara göstərilən etimadı daha böyük məsuliyyət hissi ilə qarşılayaraq, daha səylə çalışırlar.
YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli Azərbaycan gənclərinin bütün sahələrdə uğurlarından geniş bəhs edərək bildirib ki, gələcəyimiz gənclərimizlə bağlıdır. Bunun üçün onlar daha səylə çalışmalı, vətənpərvər olmalı, tariximizi, dilimizi, mədəniyyətimizi daha dərindən öyrənməli, təbliği istiqamətində fəal iş aparmalıdırlar. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu fikri xüsusi qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə bir güclü, qüdrətli, böyük nüfuza malik partiyanın sıralarında təmsil olunmaqdan qürur duymalıdır. Yeni Azərbaycan Partiyasına xidməti dövlətə, xalqa xidmət kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilib. Sıralarını günbəgün kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Bunu ölkədə keçirilən seçki proseslərində xalqın partiyaya, onun namizədinə dəstəyi də təsdiqləyir. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb.
V.Rəhimzadə bu mühüm məqamı da xüsusi vurğulayıb ki, Azərbaycan davamlı uğurlara imza atır, bunu gözü götürməyən dairələr qısqanclıq hisslərini qərəzli təbliğatları ilə nümayiş etdirirlər. Gənclərimiz sosial şəbəkələrdə fəal olmalı, Azərbaycan reallıqlarını əsaslı şəkildə təbliğ etməli, aparılan qarayaxma kampaniyalarının heç bir əsası olmadığının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına öz töhfələrini verməlidirlər. Günbəgün güclənən, qüdrətlənən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyev bildirib ki, dövlətin siyasətinin əsas istiqamətlərindən biri də gənclərə diqqət və qayğıdır. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Son 15 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə görülən işlərdən, atılan addımlardan da özünü qabarıq şəkildə büruzə verir. Hazırda YAP-ın 730 mindən artıq üzvünün 40 faizini gənclər təşkil etməsini şərtləndirən amillər sırasında da onlara diqqət və qayğının günbəgün artması xüsusi rol oynayır. Azərbaycan gəncliyi onlara göstərilən etimadı doğrultmaq üçün səylə çalışmalıdırlar.
Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxıldı. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri və 6 sədr müavini seçilib. Gənclər Birliyinin yeni sədri Orxan Bayramov seçildi. 37 nəfərdən ibarət Şuranın, 21 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika konfransına 13 nəfər nümayəndə seçildi.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov yeni tərkibə uğurlar arzulayaraq, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs etdi. Bildirdi ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.
H.Mirələmov Azərbaycan gənclərini ölkə həqiqətlərinin təbliğində daha fəal olmağa çağırdı. Azərbaycan gəncliyinin gələcəyə inamla irəliləməsi üçün böyük əsaslar mövcuddur. 17 minə yaxın üzvü sıralarında birləşdirən YAP Xətai rayon təşkilatında çoxluq təşkil edən gənclərimizin fəallığı daim təqdir olunur.
Sonda YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransının iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olundu.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info