Latviyanın yeni prezidenti ilk mətbuat konfransını keçirib
Tarix: 31.05.2019 | Saat: 03:28:00 | E-mail | Çapa göndər



Latviyanın yeni seçilmiş prezidenti Eqil Levits ilk mətbuat konfransını keçirib.
AZƏRTAC xəbər verir ki, jurnalistlərin suallarını yalnız latış dilində cavablandıran Prezident, bütün müsahibələrə və suallara açıq olduğunu, lakin cavabları ancaq rəsmi dövlət dilində verəcəyini bildirib. Eqil Levits deyib ki, o, Latviyada yaşayan, dinindən və dilindən asılı olmayaraq bütün xalqların və milli azlıqların rəhbəri olacaq, onların hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməyəcək.
Yeni komandasını toplamağa başlayan Latviya prezidentinin mətbuat katibi keçmiş prezident Vayra Vike Freyberqanın yanında eyni vəzifəni daşımış Ayva Rozenberq olacaq.
Hansı yeni qərarları verəcəyi barədə sualı cavablandıran prezident, bu barədə açıqlamalarını inauqurasiyadan sonra edəcəyini vurğulayıb.
Qeyd edək ki, Latviyanın yeni prezidentinin inaqurasya mərasimi iyulun 8-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib
18.10.2019
“Paşinyan məhkəmələri öz maraqlarına uyğun formalaşdırmağa başlayır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info