Suraxanıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir olub
Tarix: 31.05.2019 | Saat: 05:40:00 | E-mail | Çapa göndər



Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə aztəminatlı ailələrdən, valideyn himayəsindən məhrum olan uşaqlar, habelə xüsusi qayğıya ehtiyacı olan, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında, məktəblərdə tərbiyə alan uşaqlar və məktəblilər iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Bildirib ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir.
“Bu gün Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət var. Prezident İlham Əliyev daim uşaqlara diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, onlara əsl ana qayğısı göstərirlər”, - deyə B.Bərxudarov vurğulayıb.
Sonra rayon məktəblilərinin, 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin hazırladığı bədii-əyləncəli proqram təqdim olunub.
Bayram tədbirini uşaqlar böyük sevinclə qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info