Kaliforniyanın Monterey şəhərində Azərbaycanın Respublika Günü qeyd olunub
Tarix: 31.05.2019 | Saat: 11:43:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində mayın 28-də tarixi Kolton hökumət binasında Azərbaycanın Respublika Gününə həsr olunan geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, 19-cu əsrdə tikilmiş bu binada 1849-cu ildə Kaliforniyanın ilk konstitusiyası qəbul olunub.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Monterey Şəhər Şurası və Monterey-Lənkəran Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AR Milli Məclisinin üzvü Hadi Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev, Monterey və Salinas Şəhər Şuralarının üzvləri, azərbaycanlılar, tanınmış siyasi, elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, 2011-ci ildən Monterey şəhəri ilə Lənkəran şəhəri qardaşlaşıblar.
Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.
Monterey-Lənkəran Dostluq Assosiasiyasının sədri Nensi Selfricin aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) hər kəsi salamlayaraq, Montereyin bu cür gözəl bayram mərasiminə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, Monterey ilə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətləri barədə danışaraq, qarşıdakı illərdə bu münasibətlərin daha da sıxlaşacağına ümid etdiyini diqqətə çatdırıb. K.Roberson daha sonra Monterey şəhəri adından Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsini təqdim edib. Bəyannaməyə əsasən 28 may tarixi Montereydə “Azərbaycan Milli Günü” elan edilib. Bundan başqa, bayram münasibətilə Kaliforniya Ştat senatoru Bil Monninqin (Bill Monning) imzaladığı təbrik bəyannaməsi və Salinas şəhəri tərəfindən qəbul edilmiş müvafiq bəyannamə də təqdim olunub.
Sonra çıxış edən millət vəkili H.Rəcəbli ölkəmizin müstəqillik tarixi haqda ətraflı məlumat verərək, 101 il əvvəl Azərbaycan xalqının müsəlman dünyasının ilk dünyəvi dövləti olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurduğunu və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O həmçinin Azərbaycanın müasir iqtisadi və siyasi inkişafı haqda danışaraq, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığını diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətininin başçısının birinci müavini M.Babayev öz çıxışında Lənkəran-Monterey əlaqələrinin tarixindən söz açaraq, son illərdə həyata keçirilmiş qarşılıqlı səfərlərin bu münasibətlərin yüksələn xətlə inkişafına önəmli töhfə verdiyini dilə gətirib.
Daha sonra Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulu Rəşad Eyvazov çıxış edərək, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında məlumat verib. O, ölkəmizdə uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. R.Eyvazov həmçinin Azərbaycan-ABŞ münasibətləri haqqında danışıb.
Çıxışlardan sonra yerli Azərbaycan icmasının üzvü, skripkaçı Eldar Xudiyevin ifasında Azərbaycan musiqisi təqdim olunub.
Azerbaycanın Respublika Gününün şərəfinə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsində Azərbaycan bayraqları asılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Monterey şəhərinə səfər çərçivəsində ABŞ konqresmeni Cimmi Panetta (Jimmy Panetta), Monterey şəhərinin meri K.Roberson, Şəhər Şurasının üzvü Alan Haffa və Monterey şəhər administrasiyasının rəhbəri Hans Usler ilə görüşlər keçirərək və müxtəlif müəssisə və təşkilatlara baş çəkərək, Lənkəran-Monterey münasibətlərinin inkişafı yollarını müzakirə ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info