Azərbaycanda “EU4Digital” proqramının təqdimatı keçirilib
Tarix: 31.05.2019 | Saat: 11:55:00 | E-mail | Çapa göndər



Ölkəmizdə ilk dəfə keçirilən “İnnovasiya Festivalı” çərçivəsində mayın 31-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst&Young” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda “EU4Digital” proqramının təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti proqramın əsas məqsədinin Aİ-nin vahid rəqəmsal bazar üzrə faydalarını "Şərq tərəfdaşlığı" ölkələrinə çatdırmaq olduğunu deyib.
Bildirib ki, bu proqram sosial və iqtisadi inkişaf üçün böyük potensiala malikdir: "Xüsusilə də, yeni iş yerlərinin yaradılması və artırılması üçün. Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və geniş seçimlə göstərilməsinə səbəb olacaq".
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib: "Proqramın ölkəmizdə reallaşdırılması bizim uğurumuzdur".
Rəqəmli iqtisadiyyatın formalaşdırılması və inkişafında “Rəqəmli bazarların uygunlaşdırılması” (HDM) təşəbbüsünü yüksək qiymətləndirn nazir müavini bildirib ki, ölkəmiz HDM təşəbbüsü çərçivəsində həyata keçirilən istiqamətlərdə fəal iştirak edir.
Sonra "Ernst&Young" şirkətinin nümayəndəsi, "EU4Digital" layhəsinin komanda rəhbəri Arturas Piliponis proqrama dair təqdimatıla çıxış edib.
Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətləri üzrə çıxışlar və müzakirələrlə davam edib. Həmçinin tədbirdə Azərbaycanda rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info