Qırğızıstanın Oş şəhərində türk dünyasının rəssamlarının sərgisi açılıb
Tarix: 31.05.2019 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


TÜRKSOY tərəfindən elan edilən “Oş-türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Qırğızıstanın Oş şəhərindəki “Suleyman-Too” muzey-kompleksində türk dünyasının rəssamlarının sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, plenerin açılışında TÜRKSOY-un nümayəndələri, Oş şəhərinin rəhbərləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Macarıstan, Şimali Kipr, Saxa Yakitiya, Başqırdıstan rəssamları iştirak edib.
“Qədim Oş şəhəri 21 əsr rəssamlarının gözü ilə” adlı plenerdə ölkəmizi Pərviz Ələkbərli təmsil edir.
Tədbiri Oş şəhəri merinin müavini Jasur Azimov açaraq şəhərin zəngin tarixi, mədəni irsindən söhbət açıb, “Oş-türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində həyata keçirilən layihələrdən danışıb.
O deyib ki, son tədbirlərdə iştirak edən rəssamlar Oş şəhərinin zəngim tarixini, mədəniyyətini, adət-ənənələrini və mənzərələrini öz tablolarında əks etdirməyə vaxt tapıblar və sərgidə də məhz bu əsərlər nümayiş etdirilir.
İştirakçılar sərgi ilə tanış olduqdan sonra TÜRKSOY və Oş şəhər merliyi tərəfindən rəssamların hər birinə müvafiq sertifikat və hədiyyələr təqdim edilib.





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info