“Türkiyə və İran arasında məsləhətləşmə keçiriləcək”
Tarix: 06.08.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrana səfərinin yekunları ilə bağlı yerli jurnalistlərə açıqlama verib.
Türkiyə mətbuatının məlumatına görə, Ə.Davudoğlu İranın yeni prezidenti Həsən Ruhani ilə görüşdüyünü və görüşdə bu ölkənin yeni xarici işlər naziri olacağı ehtimal olunan Məhəmməd Cavad Zərifinin də iştirak etdiyini bildirib: “Türkiyə ilə İran arasında son on ildə təmin edilən əlaqə rəsmi Ankaranın Tehrana verdiyi xüsusi əhəmiyyətin göstəricisidir. Hazırda ikitərəfli əlaqələrdən məmnunuq və bundan sonra da münasibətlərimizi davam etdirmək istəyirik. H.Ruhanini də Türkiyənin tarixi və yaxın bir dostu olaraq görürük”. Onun sözlərinə görə, görüşdə Suriya və Misir başda olmaqla regional mövzularla bağlı fikir mübadiləsi aparıblar: “Türkiyə və İran arasındakı məsləhətləşmələrin bundan sonra daha da artırılaraq davam etdirilməsi bölgə sabitliyi üçün vacibdir. Ümumiyyətlə, Suriya mövzusunu ətraflı müzakirə etdik və Türkiyənin Suriyadakı vətəndaş müharibəsinə baxışını Ruhaninin diqqətinə çatdırdım. Türkiyə heç vaxt bölgədə hansısa bir qrup, məzhəb, ya da siyasi partiyaya istiqamətlənmiş siyasət deyil, əsas qanunlara söykənən bir siyasət həyata keçirib. Bu qanunların başında isə sülh, sabitlik və xalqın iradəsi gəlir. Təəssüflər olsun ki, bütün tövsiyələrimizə baxmayaraq, Suriyada bu sülh və sabitliyi pozan Bəşər Əsəddir. Halbuki keçmişdə yaxın əlaqələrimiz olub. Ancaq son vaxtlarda təhlükəsizliyin daha da pozulduğunu onların diqqətinə çatdırdım. İran da bu mövzuda Türkiyə ilə məsləhətləşmələr aparmağa əhəmiyyət verdiyini bildirdi. İnşallah, yaxın günlərdə daha ətraflı müzakirə aparmaq üçün təkrar bir araya gələcəyik. Hazırda vacib olan Suriyada axan qanın dayanması və Suriyanın ərazi bütövlüyünü qorumaqla xalqa öz gələcəyini təyin etmək haqqının verilməsidir. Demokratiya və təhlükəsizlik prinsipləri çərçivəsində ortaq zəmin olduğu mövzusunda razı qaldıq. İnşallah, qısa zamanda əvvəl Məhəmməd Cavad Zərifi, daha sonra isə Ruhaninin Türkiyənin prezidenti və baş naziri ilə keçirəcəyi görüşlərlə məsləhətləşmələri davam etdirəcəyik”. Ə.Davudoğlu deyib ki, H.Ruhanini Türkiyəyə səfərə dəvət edib: “İranın yeni prezidentinin özü də Türkiyə ilə sıx əməkdaşlıq qurmaq istəyir”. Türkiyə xarici siyasət idarəsinin rəhbəri hələlik İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Əkbər Salehi ilə də görüşdüyünü vurğulayıb: “Bu da bir vida görüşü idi. Eyni zamanda Ə. Salehinin vəzifəsini təhvil verərkən iki ölkə arasındakı mövcud problemləri təkrar görüşmək imkanı tapdıq”. Ə.Davudoğlu İrana səfəri çərçivəsində xeyli sayda ikitərəfli görüş keçirdiyini də bildirib: “Buna misal olaraq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Fələstinin xarici işlər naziri Riyad Maliki, Cənubi Afrika Respublikasının xarici işlər naziri Maite Nkoana-Mashabane, Küveytin baş nazirinin müavini və xarici işlər naziri əl-Səhər, Braziliyanın xarici işlər naziri Antonio Patriotanı göstərmək olar. A. Patriota ilə görüşdə Türkiyə-Braziliya-İsveç xarici işlər nazirlərinin üçtərəfli görüşünün sentyabrın 6-7-də Stokholmda keçirilməsi mövzusunda razılaşma əldə edildi”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info