Fabreqas azərbaycanlı bərbəri Fransaya dəvət edib
Tarix: 31.05.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Dedi, istəsən bilet alım sənə, gəl saçımı düzəlt qayıt. Ya da ki, gəl Fransada mən sənə salon, şərait qurum, qal işlə

"Çelsi" və "Arsenal" komandalarınin üz-üzə gəldiyi Avropa Liqasının final görüşü Bakıda keçirildiyi üçün ölkəmizə futbol camiəsinin bir çox ulduzları təşrif buyurub.
"Çelsi"nin sabiq futbolçusu Sesk Fabreqas haqda maraqlı məlumat aldım. Onun "Abşeron" Hoteldə çalışan saç ustasına Fransada iş təklif etdiyini öyrəndim.
Məsələni araşdırmaq üçün həmin bərbər, yəni İkram Yəhyayev ilə əlaqə saxladım.

- İkram bəy, eşitdiyimə görə, "Monako"nun futbolçusu Sesk Fabreqasın saç düzümünü siz düzəltmisiniz və çox bəyənib...

- Fabreqas mənim işlədiyim "Abşeron" Hoteldə qalırdı. Dünən gəldi yanıma. Saat 11:45 üçün yer saxlamışdıq. Saçını düzəltdim getdi. Təxminən 2 saat sonra zəng etdi ki, bəs SPA-da olduğu üçün saç düzümü dağılıb və yenidən həmin ustanın yanına gəlmək istəyirəm. Saçını "ukladka" etdim. Çox bəyəndi. Səhv eləmirəmsə, dostu Falkaonu da dəvət etmək istədi. Sadəcə, dünən gəlməyi alınmadı deyə, hər halda, bu gün gələcək.

- Fabreqasın sizə Fransada iş təklif etdiyi doğrudur?

- Bəli. Şərait xoşuma gəlsə gedərəm.

- Sizə nə dedi? Şəxsi ustası kimi işləməyi, yoxsa Fransada gəlib hər hansısa bir salonda işləməyinizi, özünün də müştəri olacağını dedi?

- Sözün açığı, o, mənə iş təklif etdi. Dedi, istəsən bilet alım sənə, gəl saçımı düzəlt qayıt. Ya da ki, gəl Fransada mən sənə salon, şərait qurum, qal işlə.

- Bəs nə fikirləşirsiniz?

- Mövzunun nə dərəcədə real olduğunu bilmirəm. Çünki belə təkliflər edən çox olub. İstər futbolçu, istər müştəri. Hotelin ərəb qonaqlarından da onlarla birgə getməyimi istəyənlər olub, "Orada salon açaq, işlə" kimi təkliflər almışam. Fabreqasın təklifinin də ciddiliyi görsəm və yenidən təklif etsə, gedərəm.

- Bəs yerli futbolçulardan yanınıza gələn olur?

- Bəli. "Qarabağ"ın futbolçularının da saçını düzəltmişəm. Abdullah Zubir, Con Delarj, Mahir Mədətovun da saçını düzəltmişəm.

Röya Kərimli
Sport7.az




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info