Elektron vizanın tətbiqi turist axınını artıracaq
Tarix: 06.08.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


“Turizm haqqında” yeni qanunda sahibkarların öhdəliklərini müasir tələblər səviyyəsində yerinə yetirməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulub

Mədəniyyət və Turizm Nazirliyi (MTN) 2013-cü ilin birinci yarısında turizm sahəsində görülən işlər barədə hesabat hazırlayıb. Nazirlikdən aldığımız məlumata görə, bu müddət ərzində ölkədə mədəniyyət və turizm sahələrinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirilib, milli mədəniyyətimizin və Azərbaycanın turizm potensialının dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olub. 2013-cü ilin birinci yarımili ərzində turizmin inkişafı istiqamətində ardıcıl işlər görülüb.

Cari ilin 15 mart tarixindən elektron viza sisteminin
tətbiqinə başlanılıb


Hesabat dövründə ikitərəfli əməkdaşlıq sahəsində Hökumətlərarası Komissiyaların qəbul etdiyi sənədlərin icrası həyata keçirilib. MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının hökumətlərarası işçi qrupunun “Böyük İpək Yolu: mədəniyyətlərarası dostluq bağları” beynəlxalq mədəni-turizm layihəsi üzrə 21 yanvar tarixində Sankt-Peterburq şəhərində keçirilmiş iclasda nazirlik təmsil olunub. Nazirlik 27-28 fevral tarixində Ukraynanın Yalta şəhərində keçirilmiş “II Beynəlxalq Qara Dəniz Turizm Forumu” və QDİƏT-in Turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti iclasında təmsil olunub. Həmçinin MTN 2013-2014-cü illər üzrə GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun əlaqələndiricisi kimi cari ilin 16-17 aprel tarixində Ukraynanın Kiyev şəhərində keçirilmiş işçi qrupun növbəti iclasında təmsil olunub. 21-23 may tarixində Almaniyanın Frankfurt şəhərində “İMEX 2013” - işgüzar turizm üzrə beynəlxalq sərgidə nazirliyin iştirakı təmin edilib. Nazirlik 27-29 may tarixində Belqrad şəhərində BMÜTT İcraiyyə Şurasının 95-ci iclasında təmsil olunub. İclasda Azərbaycanın İcraiyyə Şurasına namizədliyinin irəli sürüldüyünü nəzərə alaraq bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, 2013-cü ilin avqust ayında Zambiya və Zimbabvedə keçiriləcək BMÜTT Baş Assambleyasının 20-ci Sessiyasında İcraiyyə Şurasına üzvlüyə seçkilərlə bağlı danışıqlar aparılıb. Azərbaycanda işgüzar turizmin inkişafı məqsədilə yaradılan Azərbaycan Konqres Bürosunun təşkili ilə bağlı təcrübə mübadiləsi üçün ikitərəfli görüşlər keçirilib.
Hesabat dövründə Mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlərin keçirilməsi qaydaları işlənib hazırlanıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Tvinninq” layihəsi çərçivəsində MTN-in Turizm şöbəsinin imkanlarının gücləndirilməsi məqsədi ilə hazırlıq işləri aparılıb və 14 fevral tarixindən Avropa İttifaqı tərəfindən Avstriya Federal Təchizat Agentliyi (FTA) və Litva Dövlət Turizm Departamenti və benefisiar tərəf kimi MTN Tvinninq layihəsinin tətbiqinə başlayıb və layihənin icrası davam etdirilir.
“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Prezidentin 2012-ci il 20 noyabr tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin 15 mart tarixindən elektron viza sisteminin tətbiqinə başlanılıb. Cari ilin 9 aprel tarixində Bakı şəhərində yerləşən “Atəşgah Qoruğu”nun bərpadan sonra turizm nümayiş obyekti kimi təşviqi və turizm marşrutlarına daxil edilməsi məqsədi ilə turizm şirkətləri və yerli media nümayəndələrinin iştirakı ilə info-tur təşkil olunub.
İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 22-23 aprel tarixində Bakı şəhərində Ümumdünya Turizm Təşkilatının “3-cü BMÜTT İpək Yolu İşçi Qrupu Toplantısı” keçirilib. 22-26 aprel tarixində Azərbaycan Turizm İnstitutunda rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarələrinin) müdirləri və turizm informasiya mərkəzlərinin rəhbərləri üçün “Turizm siyasəti, planlaşdırılması və idarəçiliyi” və “Regionlarda turizm məhsulunun hazırlanması perspektivləri” mövzusunda kurslar təşkil edilib.

“Turizm haqqında” yeni qanun Azərbaycan qanunvericiliyinə
uyğunlaşdırılma mərhələsindədir


Cari ilin 10-12 iyun tarixində Bakı şəhərində Ümumdünya Turizm Təşkilatının(ÜTT) “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində 3-cü seminarı, 22-23 iyun tarixində “Kulinariya turu” mədəni turizm marşrutunun hazırlanması və pasportlaşdırılması məqsədilə turizm şirkətlərinin iştirakı ilə cənub bölgəsi üzrə infotur keçirilib. “Turizm haqqında” yeni qanun layihəsi ictimaiyyətin rəy və təklifləri də əlavə olunub və ingilis dilinə tərcümə edilərək Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün BMT-nin Ümumdünya Turizm Təşkilatına təqdim olunub. Həmçinin Monteneqronun turizm qanunvericiliyi təhlil edilib və yeni turizm qanuna salınması üçün müvafiq təkliflər hazırlanıb. ÜTT-nin ekspertləri tərəfindən təklif olunan qanun layihəsi nazirliyə təqdim edilib. Hazırda “Turizm haqqında” yeni qanun Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılma mərhələsindədir. Bu qanunda turizm sahəsində çalışan sahibkarların istehlakçılar qarşısında olan öhdəliklərini müasir tələblər səviyyəsində yerinə yetirməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması və aidiyyəti istiqamətlərdə dövlət tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri öz əksini tapıb.
Hesabat dövrü ərzində nazirlik yerli turizm şirkətləri və mehmanxanalarla birgə beynəlxalq turizm sərgilərində iştirak edib. Cari ilin 6-10 mart tarixində Berlində keçirilən “İTB Berlin 2013” beynəlxalq turizm sərgisi zamanı “tv.berlin” telekanalı tərəfindən Azərbaycanın iştirakını əks etdirən 45 dəqiqəlik veriliş hazırlanıb və 2 dəfə yayımlanıb. Hesabat dövrü ərzində ingilis, rus, ərəb, çin, fransız, ispan və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb və iştirak olunan sərgilərdə paylanılıb.
Cari ilin 4-6 aprel tarixində Bakı Ekspo Mərkəzində XII Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AİTF-2013) keçirilib. Sərgidə turizm potensiallı 22 region xüsusi stendlə təmsil olunub. Sərginin açılışında ölkə başçısı və xanımı Mehriban Əliyeva iştirak edib. Sərgidə ölkəmizin turizm potensialının təbliği məqsədilə 48 kv.m sahədə xüsusi lövhə quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Bütövlükdə 62 turizm istiqamətini təqdim edən “AITF 2013” sərgisi dünyanın 35 ölkəsindən 251 şirkət və təşkilat qəbul edib.
Azərbaycanın turizm potensialına dair proqramın hazırlanması məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “MTV” televiziyasının, Türkiyənin “BEYAZ TV” və “World Travel Channel” televiziyalarının, Yaponiyada fəaliyyət göstərən “İSHİİ qardaşları” şirkətinin, Belçikanın “Glocal Communications SPRL” şirkətinin nümayəndələrinin, İtaliyanın “La Repubblica” və “Messaggero” qəzetlərində Azərbaycanın turizm potensialına dair məqalələrin yerləşdirilməsi məqsədilə adıçəkilən qəzetlərin əməkdaşlarının ölkəmizə press-turları təşkil olunub. Həmçinin “Şahdağ Qış-Yay Turizm Kompleksi” barədə filmin hazırlanması məqsədilə nazirliyin dəvəti ilə ABŞ-ın “Orion Strategies” şirkəti tərəfindən Azərbaycanda çəkilişlər aparılıb. Hesabat dövrü ərzində Almaniyanın, Avstriyanın, Küveytin, İtaliyanın, Rusiyanın və Ukraynanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün nazirlik tərəfindən ölkəmizə info-turlar təşkil olunub. Ümumilikdə, bu dövr ərzində ölkəmizə 12 info-tur və press-tur təşkil olunub və nazirlik 15 beynəlxalq turizm sərgisində iştirak edib. 2013-cü ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 saniyəlik reklam çarxının Fransanın “B-Tween” şirkəti tərəfindən hazırlanması məqsədilə müqavilə imzalanıb və mart ayında şirkətin əməkdaşları ölkəmizə səfər edərək 45 saniyəlik reklam çarxını hazırlayaraq nazirliyə təqdim edib. “Business Year” jurnalında Azərbaycanın turizm potensialına dair reklam səhifəsi yerləşdirilib. “Euronews” ilə bağlanmış müqaviləyə əsasən, telekanalın əməkdaşları cari ilin mart ayında Bakıda keçirilən “Novruz” festivalı, “AİTF 2013” beynəlxalq turizm sərgisi, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı Bakıda və regionlarda səfərdə olub, adıçəkilən tədbirlər haqqında proqram hazırlanaraq “Euronews” kanalında nümayiş etdirilib.

235 hüquqi və fiziki şəxs mehmanxana və mehmanxana tipli
obyektlərin fəaliyyətinə xüsusi razılıq alaraq fəaliyyət göstərir


Hesabat dövrü ərzində 33 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılıb və onlara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda ölkə ərazisində 235 hüquqi və fiziki şəxs nazirlikdən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir. Nazirliyin əmrinə əsasən “Bona Mente Holdinq” MMC-ə, “A.Q.Horizont” MMC-ə və “Riad Tour” MMC-yə turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) dayandırılıb. Bununla yanaşı, “İSR Azeri Apart and Business Centre” MMC-yə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) nazirliyin əmrinə əsasən ləğv edilib. Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən alınan rəsmi məlumatların əsasında 2012-ci il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşlar və xarici turistlərlə bağlı müqayisəli təhlillər aparılıb.
Prezidentin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, yay turizm mövsümünün başlanması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və cari mövsümdə turistlərə göstəriləcək xidmətin qiymətlərinin araşdırılması məqsədilə Bakı-Tərtər, Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən və Bakı-Qazax istiqamətində yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info