Lalə Şövkətdən İsa Qəmbərə zərbə
Tarix: 06.08.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Müsavat başqanı İsa Qəmbərin ehtiyat namizədliyini qüvvədə saxlaması “milli şura”da olan partiyalar və siyasətçilər arasında ciddi fakir ayrılığı yaradıb.
Bu məsələ ətrafında dəfələrlə mübahisə və intriqalar yaransa da son günlər olay daha da böyüyüb. İsa Qəmbərin Rüstəm İbrahimbəyovla Tiflisdə qapalı görüşündən sonra onun müşavirinin Müsavat başqanının alternativ namizədlikdən geri çəkilməyəcəyi barədə açıqlaması hadisələri daha da alovlandırıb. Bu səbəbdəndir ki, məsələyə bir daha qayıdan Azərbaycan Liberal Partiyasının(ALP) sədri Əvəz Temirxan partiya lideri Lalə Şövkətin “milli şura”nı ciddiyyətə almaması haqda gəzən söz-söhbətlərə də aydınlıq gətirərək sosial şəbəkələrdə maarqlı fikirlər səsləndirib. O, deyib ki, Lalə Şövkət sonadək Rüstəm İbrahimbəyovu dəstəkləyəcək.
Xatırladaq ki, son günlər “milli şura”nın üzvü olmasına baxmayaraq qurumun heç bir sessiyasında iştirak etməyən Lalə Şövkətin birliyin seçkilərə ləng hazırlaşmasından gileyli olduğu söylənirdi.
Əvəz Temirxan onu da əlavə edib ki, Lalə Şövkətlə bu məsələ ətrafında bir daha söhbət aparıb : “Dünən axşam Lalə xanımla bu məsələni müzakirə etdik. O da hesab edir ki, Rüstəm bəy sənədlərini qaydaya salıb seçkilərdə vahid namizədimiz kimi iştirak edəcək. Biz alternativ namizədə ehtiyac duymuruq. Ümid edirik ki, alternativ namizədə heç ehtiyac da olmayacaq”.
Qeyd edək ki, bir müddət öncə Müsavat partiyası ilə AXCP arasında da oxşar mövzuda ciddi fikir ayrılığı yaranmışdı. ACP lideri Rəsul Quliyev isə İsa Qəmbərin “milli şura”nın vahid namizədi olmasına layiq olmadığını deyərək onu 20 il əvvəlin səviyyəsində qalması ilə ittiham etmişdi. Qurumda yaranmış bu qruplaşma və intriqalar isə “milli şura”nı sözsüz ki uçuruma aparacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info