“Kimlərinsə qısqanclığı nəticəsində kənarda qaldım”
Tarix: 06.08.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Müxalif fikirləri ilə seçilən prezidentliyə namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərli “milli şura” üzvlərinə müraciət edib.
Müraciətində hüquq müdafiəçisi ideya və planlarını “mili şura”ya təklif edəcəyini deyir. Vidadi İsgəndərlinin müraciətində deyilir: “Hörmətli “milli şura” üzvləri, partiya liderləri! Prezident seçkiləri ağır prosesdir, bunun üçün resurs və maddi imkan lazımdır. Kimlərinsə siyasi qısqanclığı və siyasi düşmənçiliyi nəticəsində mən “milli şura”da təmsil olunmadım. Buna baxmayaraq mənim hakimiyyətə də, müxalifətə də münasibətim xalqa məlumdur”.
Vidadi İsgəndərli “milli şura”dan Rüstəm İbrahimbəyovla yanaşı onun da namizədliyinin dəstəklənməsini istəyib: “Əgər Rüstəm müəllim qeydiyyata alınsa və yaxud əksinə olaraq digər vahid namizəd irəli sürülsə, təklif edirəm vahid namizədlə yanaşı mənim də namizədliyimi müdafiə edəsiniz. Seçkilərə 3 gün qalmış vahid namizədin xeyrinə öz namizədliyimi geri götürəcəyimə vicdanımla cavabdehəm. Mənə vəzifə lazım deyil. Demokratik cəmiyyətin sıravi əsgəri olmaq arzusundayam”.
Maraqlısı odur ki, müxalifət düşərgəsində olan və az qala yalvarmaq həddinə gələn Vidadi İsgəndərlini belə “milli şura”ya qəbul etməyən müxalifət liderləri quruma üzv seçdikləri digər siyasətçilərlə ciddi problemlər yaşamağa başladılar. Vidadi Mirkamalın hansı səbəbdən “milli şura”dan uzaq tutulması isə məlum deyil. Buna baxmayaraq tanınmış hüquq müdafiəçisi yenə də bu quruma üz tutaraq dəstək istəyir. Ona qapının “dəstəy”inin ya da əsl dəstəyin göstəriləcəyi isə qurumdan gələn cavabdan sonra məlum olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info