“Milli şura”da yeni namizədlər peyda oldu
Tarix: 06.08.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Mehman Əliyev: “Namizədlik məsələsində tələsmək istəmirəm”

Müxalifətin Tiflis toplantısından sonra “milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun yaxın günlərdə Bakıya dönəcəyi ilə bağlı fikirlər səsləndirilsə də, hələ ki bu, xəyal olaraq qalır. “Milli şura”nın növbəti sessiyasında isə Rüstəm İbrahimbəyovun seçkilərə qatıla bilməyəcəyi və Bakıya dönüşünün mümkün olmayacağı təqdirdə qurumun hansı addımlar atacağı müzakirə ediləcək.
Ən maraqlısı isə odur ki, İsa Qəmbərlə də qapalı görüş keçirən Rüstəm İbrahimbəyovdan səs çıxmadığı bir vaxtda Bakıda “milli şura”dan yeni namizədlərin irəli sürülməsi barədə çağırışlar edilir. Buna misal olaraq Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının “milli şura”ya vahid namizəd olması haqda fikrilərin ortaya atılmasıdır. Hətta bu olaya əks-reaksiya verən Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Sabir Rüstəmxanlının namizədliyinin qəbulolunmaz olduğunu deyib. Eks-spiker hesab edir ki, uzun illər siyasətdə saç ağartmış Sabir Rüstəmxanlı kinorejissor Rüstəm İbrahimbəyovu əvəz edə bilməz: “Milli şura”nın ikinci namizədi ola bilməz. Kimlərsə öz namizədiyini verə bilər. Amma “milli şura”nın iştirakı olmadan”.
Maraq üçün bildirək ki, VHP-nin təşkilat şöbəsinin müdiri bildirib ki, əgər İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 15-nə kimi həllini tapmasa “milli şura”da təmsil olunan VHP-çilər Sabir Rüstəmxanlının prezidentliyə namizədliyini irəli sürəcəklər. Onu da qeyd edək ki, tanınmş jurnalist, “milli şura”nın üzvü Mehman Əliyevin də adı sözügedən qurumun prezidentliyə namizədi kimi hallanır.
“Palitra”ya açıqlama verən Mehman Əliyev “milli şura”nın gərgin proseslərlə üz-üzə qaldığını etiraf etdi. O, adının vahid namizədlik məsələsində hallanmasını da təbii saydı: “Əslində namizədlik barədə konkret nəsə demək çətindir. Məncə, hələlik Rüstəm İbrahimbəyovun vahid namizədlik məsələsi gündəmdən çıxmayıb. Siyasi proseslərin hansı istiqamətdə cərəyan edəcəyini əvvəlcədən proqnozlaşdırmaq olmur. İnanıram ki, artıq bundan sonra proseslər öz qaydasında gedəcək və hər şey öz qaydasında olacaq. Gələn həftə Milli şura üçün çox mühüm bir zaman və tarixdir. Gələn həftənin sonuna kimi xeyli məsələlər aydın olacaq. Mənim namizədliyimin kimlər tərəfindənsə, təklif olunmasına gəldikdə isə, bu barədə hələlik tələsmək istəməzdim. Çünki hələlik vahid namizədlik məsələsində problem görmürəm. Ehtiyac yaransa, siyasətdə hər şey mümkündür.”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info