İxtisaslaşdırılmış kurslar davam etdirilir
Tarix: 06.08.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi ixtisaslaşdırılmış kurslar davam etdirilir. 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda seçki prosesində vacib olan bir neçə məsələnin müzakirəsi ilə yadda qalıb.
“Seçki siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, “Azərbaycan Respublikası prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətinin təşkili” mövzularında dinlənilən məruzələrdən sonra müzakirələr olub. Müzakirələrdə bildirilib ki, 2013-cü il oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərinin yekunları bir daha göstərdi ki, Azərbaycan demokratik cəmiyyət quruculuğu yolu ilə irəliləyən ölkələr sırasındadır. Bütün sahələrdə olduğu kimi, seçki sistemində də uğurlu nəticələrə imza atan ölkəmiz bu sahədə dünyanın bir çox ölkələrinə nümunə ola bilər. Şəffaf və demokratik şəraitdə keçən seçkilər xalqımızın iradəsini ifadə etməklə yanaşı, bu sahədə müəyyən təcrübənin qazanılmasına da müsbət təsir göstərir. Məruzəçilər onu da qeyd ediblər ki, Seçki Məcəlləsi mükəmməl sənəd olaraq hər bir vətəndaşın fəal seçki hüquqlarına təminat yaradır. Dünya standartlarına uyğunlaşdırılmış Seçki Məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini alıb. Lakin Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada Məcəllə qəbul edildikdən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilən modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info