Salyan və Biləsuvara içməli suyun verilməsi təmin ediləcək
Tarix: 06.08.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədi ilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir. Təməli 16 iyul 2012-ci ildə ölkə başçısı tərəfindən qoyulan Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir. Ətraf kənd və qəsəbələri davamlı və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilir. Şirvan-Muğan qrup su kəmərinin inşasının avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Salyan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin ediləcək. Artıq magistral su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Hacıqabul və Şirvan şəhərlərinə içməli suyun verilməsinə başlanılıb. Yeni mənbədən içməli suyun verilməsi ilə Hacıqabulda 8 min nəfərin, Şirvan şəhərində isə 15 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Hazırda Hacıqabul və Biləsuvar şəhərlərində su təchizatı şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Yaxın gələcəkdə Şirvan, Salyan və Neftçala şəhərlərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Magistral kəmərin istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info