“Milli şura”da hər partiya öz namizədi ilə seçkidə iştirak edəcək”
Tarix: 06.08.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Yaşar Əsədov: “Rüstəm İbrahimbəyov heç on il Azərbaycanda yaşamaq baxımından da kriteriyaya cavab vermir. İkili vətəndaşlıq problemi bundan sonra gəlir”

“Milli şura”nın seçkidə namizədi kimi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədlik kriteriyalarına uyğun gəlmədiyi, bu baxımdan çoxlu problemləri olduğu prosesləri izləyənlərə bəllidir. Bu gedişlə “milli şura” seçki ərəfəsində özünü daha da cəncələ salmaqdadır.

Bəs İbrahimbəyovun bu qədər problemi olduğunu bilə-bilə, onun siyasətə aid olmadığını yaxşı anlaya-anlaya ənənəvi müxalifət başçılarının onu qabağa verməsinin arxasında nə durur?
ASDP sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini Yaşar Əsədov “Palitra”ya açıqlamasında bu məsələyə belə münasibət bildirdi:
“Rüstəm İbrahimbəyovun namizədliyi məsələsi lap başlanğıcdan sual altında idi. Onun ikili vətəndaşlığı o vaxt çox az adama bəlli idi. Amma hamı bilirdi ki, Konstitusiyaya görə, namizədliyini irəli sürən şəxs son on ili daim Azərbaycanda yaşamalıdır. Rüstəm İbrahimbəyov hələ on il Azərbaycanda yaşamaq baxımından da kriteriyaya cavab vermir. İkili vətəndaşlıq problemi bundan sonra gəlir. Onun Rusiya vətəndaşlığı ləğv oluna bilər, amma bu adam axı ən azı son on ili heç Azərbaycanda olmayıb. Bütün bunlar da ondan xəbər verir ki, qanunvericiliyə görə, onun namizədliyi keçməyəcəkdi və keçməyəcək. Belə olduğu halda, “milli şura” hələ də özü Konstitusiyaya qarşı duraraq, qanunsuzluğa gedərək onun namizədliyini müdafiə etməkdədir”.

“Müxalifət başçıları seçkidə uğursuzluğa uğrayacaqlarını əvvəlcədən hesablamışdılar, ona görə də onlar İbrahimbəyovu qabağa verməyə vadar olmuşdular ki, son məqamacan guya ona ümid olub, sonda da onun namizədliyinin baş tutmadığını bəhanə gətirsinlər, hakimiyyəti yalandan günahlandırsınlar, bununla da özlərinin uğursuzluqlarından cəmiyyəti yayındırsınlar”

Y.Əsədov qeyd etdi ki, ənənəvi müxalifət başçıları seçkidə uğursuzluğa uğrayacaqlarını əvvəlcədən hesablamışdılar, ona görə də onlar İbrahimbəyovu qabağa verməyə vadar olmuşdular ki, son məqamacan guya ona ümid olub, sonda da onun namizədliyinin baş tutmadığını bəhanə gətirsinlər, hakimiyyəti yalandan günahlandırsınlar, bununla da özlərinin uğursuzluqlarından cəmiyyəti yayındırsınlar: “Müxalifətin vahid və normal namizəd irəli sürmək potensialı yox idi və indi də yoxdur. Hər seçkidə faktiki olaraq müxalifət daxilində çox ciddi toqquşma və qarşıdurmalar olub. Onlar heç vaxt bir-birilərini razı salan namizədlə ortaya çıxmayıblar. İndi də elədir. İndi də keçməyən və kriteriyalara cavab verməyən bir adamı namizəd kimi şüurlu surətdə irəli sürüblər”.
Əsədov düşünür ki, “milli şura”nın seçki ilə bağlı heç bir effekti olmayacaq. Çünki bu qurum faktiki olaraq yoxdur: “Düşünürəm ki, hər bir partiya ayrılıqda öz namizədi ilə seçkidə iştirak edəcək, vahid namizəd olmayacaq. Seçkinin nəticəsində gücü və sosial bazası olmayan “milli şura”dakı müxalifət məğlub olacaq. Bundan başqa “milli şura” heç seçki bloku da deyil, siyasi blokdur. Bu qurum qeyri-formaldır və suyu bulandırmaq üçün yaradılıb”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info