MSK prezident seçkiləri ilə bağlı təlimatlarını açıqlayıb
Tarix: 06.08.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyası (MSK) Prezident seçkiləri ilə bağlı təlimatlarını açıqlayıb. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, təlimatda seçkilərdə imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları və vətəndaşların öz təşəbbüsü, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi haqqında qaydalar öz əksini tapıb.
Namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi qaydaları da təlimatda göstərilib. Təlimatlarda, həmçinin prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, MSK-ya təqdim edilməsi və namizədin qeydə alınması, seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi, o cümlədən səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair məqamlar da yer alıb. Azərbaycan Respublikasının hüdudlarından kənarda prezident seçkilərinin təşkili qaydaları da sənəddə göstərilib. Təlimatın ümumi məsələlər bölümündə isə MSK-ya və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması, seçkilərdə namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında, seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə, həmçinin “exit-poll” keçirən təşkilatların akkreditasiyası, hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına və digər məsələlərə dair də qərarlar öz əksini tapıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info