Çimərliyə gedənlər birinci nəyi nəzərə almalıdırlar?
Tarix: 03.06.2019 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Adamlar istirahətlərini planlaşdırdıqları kimi, istirahətə sağ-salamat gedib-qayıtmağı da fikirləşməlidir”. Bu fikri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib.
Ekspert deyib ki, çimərliyə gedən şəxs birinci onu nəzərə almalıdır ki, dövlət tərəfindən qadağan olunan çimərliyə getməməli, hava şəraitini nəzərə alınmalı, çimərlikdə qəbul ediləcək qidalara fikir verilməlidir.
O əlavə edib ki, dəniz kənarında uşaqları nəzarətsiz buraxmaq olmaz: "Çimərliyə getdiyiniz zaman özünüzlə kiçik qayıq və ya hava şarı aparmayın. Dənizdə sahildən uzaqlaşmamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik şarlarını keçmək qadağandır. Dənizdə üzə bilən şəxs belə dərinə getməməli, üzə bilməyən isə sinəyə qədər suya girməlidir. Dənizə girməmişdən öncə suya baxmaq lazımdır. Ola bilsin su axınları olsun. Bunu müəyyən etmək çətin deyil. Belə ki, dəniz suyu adi halda mavi, açıq göy olur. Su axınları olan hissə isə bir xətt boyunca ağ rəngdə olur, sanki köpük əmələ gəlir və batır. Bu halda suya girmək olmaz. Axına düşən şəxs isə panikaya qapılmamalıdır. Sadəcə sahilə paralel üzməklə axından çıxa bilər. Yaddan çıxarmayın ki, siz istirahətə gəlmisiniz və çimərlik yarış meydançası deyil. Dəniz səhvi bağışlamır".
Ekspert vurğulayıb ki, çimərlikdə təhlükəsizlik qaydalarına riayət olunmasına istirahət mərkəzini idarə edən sahibkarlar da nəzarət etməlidir: "Çünki orada baş verən hər hansı bədbəxt hadisə ilk növbədə həmin yerin imicinə zərər vurur. Eyni zamanda burada insan həyatından söhbət gedir. Bu səbəbdən də istirahət məkanının ödənişli xidmətlərindən istifadə edən şəxsin təhlükəsizliyinə də həmin məkan məsuliyyət daşıyır".
E.Nurəliyevin sözlərinə görə, belə yerlərdə xilasetmə qrupu olmalı və onlar növbəli olaraq çimərliyə nəzarət etməlidir. Qadağanedici şarları keçən olarsa və yaxud özləri ilə hava şarları, katamaran, skuterlər və motorlu su qayıqları gətirib suya salmaq istəyənlər aşkar edərsə, dərhal müdaxilə etməlidir .
Qeyd edək ki, iyunun 15-i çimərlik mövsümü açıldıqdan sonra bir çox ərazilərdə FHN-nin Sularda Xilasetmə Xidmətinin əməkdaşları səhər 9.00-dan 21.00- ə qədər nəzarət edəcəklər. Qurumun əməkdaşları sahilyanı ərazilərdə, həm də sularda öz fəaliyyətlərini həyata keçirəcəklər.
Mövsüm başladıqdan sonra çimərliklərdə "Çimmək qadağandır!", "Spirtli içki qəbul etmək olmaz!" və s. lövhələr quraşdırılacaq.
Onu da qeyd edək ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar Samur–Abşeron kanalı, Kür çayı, Yuxarı Qarabağ kanalı kimi yerlərdə çimir. Ancaq bu yerlər çimərlik üçün ayrılmayıb və orada lazımi şərait yoxdur. Hər bir vətəndaş bilməlidir ki, istənilən su hövzəsində istirahət etmək düzgün deyil, bu, qanunvericiliklə də qadağan olunub. Hər bir icra orqanı öz ərazisində çimərlik üçün su hövzələri ayırmalıdır və həmin ərazidə təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər görməlidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Zəfərin Komandanı
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info