Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
Tarix: 04.06.2019 | Saat: 00:20:00 | E-mail | Çapa göndər



ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il mayın 30-da regiona səfəri zamanı Azərbaycan Ordusunun zabiti Aqil Omarovun erməni snayperi tərəfindən qətlə yetirilməsi Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və mövcud status-kvonu qoruyub saxlamaq məqsədi güdür. İyirmi altı ildən artıqdır aparılan danışıqlar prosesində təcavüzkar Ermənistan həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.
Bu hadisə bir daha onu göstərir ki, Ermənistanda rəhbərlik, siyasi dairələr və ekspertlər münaqişənin ədalətli həllinə qətiyyən hazır deyillər. Onlar erməni xalqının adından istifadə edib manipulyasiyalarla məşğuldurlar. Sadə ermənilər əvvəlcədən bilirdilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş və bunun cavab addımları, eləcə də nəticələri onlar üçün arzuolunmaz hadisələrə gətirib çıxaracaq. Bu hadisə baş verdi. 2016-cı il aprelin əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirdi və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etdi, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırdı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin Aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandıraraq deyib: “...Azərbaycan böyük hərbi qələbə əldə edib. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik... Əgər Aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, Aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Ermənistanın hazırkı hakimiyyəti öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Ermənistan hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq.
Hazırda Ermənistan nə dövlət kimi özünü təsdiq edib, nə də sadə erməni vətəndaşları normal həyat sürə bilir. İşğalçı ölkədə demoqrafik, iqtisadi, sosial, psixoloji problemlər baş alıb gedir. Ermənistan bütün regional əməkdaşlıq layihələrindən təcrid olunub. Hətta üzvü olduğu Avrasiya İqtisadi İttifaqında belə hörməti yoxdur.
Dövlətimizin başçısı Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istədiyini, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində olmadığını vurğulayaraq, təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istədiyini bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyişin olmamasının əsas səbəbinin təkcə təcavüzkar Ermənistan deyil, eləcə də onun himayədarlarının da rolunun böyük olduğunu bildirən Prezident İlham Əliyev deyib: “...Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi... Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır”.
Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Azərbaycan Prezidenti bu taktikanın heç bir perspektivinin olmadığını bildirərək qeyd edib ki, ilk növbədə, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bununla yanaşı, dövlətimizin başçısı bəyan edib ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi öz doğma yurdlarına, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Eyni zamanda, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq, sonadək öz mövqeyimizi müdafiə edəcəyik. “Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu baxımdan, beynəlxalq ictimaiyyət və ilk növbədə, həmsədr ölkələr Ermənistanın bu təcavüzkar hərəkətlərini qətiyyətlə və birmənalı şəkildə pisləməlidir. Bütün dünya tərəfindən məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində işğal edilmiş ərazilər azad edilməli, regionda sülh prosesinin təmin edilməsinə şərait yaradılmalıdır. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Azərbaycan dünya birliyini Ermənistanın ölkəmizə təcavüzünün regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək təsirli tədbirlər görməyə və Yerevanın işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq güclərin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, ərazi-etnik münaqişələrin miqyası daha da genişlənəcək.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Zəfərin Komandanı
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info