Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır
Tarix: 05.06.2019 | Saat: 10:02:00 | E-mail | Çapa göndər


Bugün Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır.
Trend-in məlumatına görə, bu, 3 iyun 2019-cu il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholtun (Respublikaçı) Azərbaycan Respublikasının 101 illiyi münasibətilə bəyanatında qeyd edilib. Bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdur:
"1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik Respublikasını işğal edərək Sovet hökumətinin əsasını qoyduğu, Azərbaycanın zor tətbiq edilməklə Sovet İttifaqına birləşdirildiyi və bir çox onilliklər ərzində Sovet rejiminin təzyiqləri altında əziyyət çəkdiyi bəyanatda diqqətə çatdırılır.
Bəyanatda həmçinin, Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikasının 30 avqust 1991-ci il tarixində müstəqilliyini bərpa etdiyi, ABŞ-ın Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıdığı və rəsmi diplomatik münasibətlərin 19 fevral 1992-ci il tarixində qurulduğu qeyd olunur.
Azərbaycanın kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunmuşdur. O, vurğulamışdır ki, bugün Azərbaycan Respublikası ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olmuşdur. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının iştirakçısı kimi 2002-ci ildən etibarən NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatlarına dəstək verdiyi, missiyaya yardım məqsədilə öz silahlı qüvvələrini təqdim etdiyi bəyanatda vurğulanır.
Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının bu 101 illik yubileyində, iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilir. Bundan əlavə, gələcək illərdə bu güclü və yaxın dostluğun davam etməsi və daha da güclənməsi diləkləri ifadə olunur".




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info