Fransa məhkəməsinin bu qərarı sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur
Tarix: 05.06.2019 | Saat: 11:41:00 | E-mail | Çapa göndər



Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı onu sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur. Eyni zamanda, Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasətin etirazla qarşılanması artıq onun əsl simasının dünyaya bəlli olmasına dəlalət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, indi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüququn normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həlli üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. “Saziş”in ləğv edilməsi və Fransa məhkəməsinin ədalətli qərarı erməni diasporunun hiyləgər siyasətinin deyil, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi, eyni zamanda, Azərbaycanın simasında etibarlı tərəfdaşın itirilməməsi istəyindən də irəli gəlir. Artıq bütün dünya Ermənistandan fərli olaraq, Azərbaycan rəhbərliyinin haqlı, milli maraqlara söykənən qətiyyətli siyasəti ilə razılaşır, dünyada sülhün bərqərar olması üçün atdığı addımları görür və bu, hər kəs tərəfindən qəbul edilir, dəstəklənir. Ermənistanın isə işğalçılıq siyasəti, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri göstərir ki, Ermənistan həmin ərazilərin anneksiyasını davam etdirmək niyyətindədir. Bu da beynəlxalq hüquq normalarına ziddir və dünya ictimaiyyəti buna laqeyd qalmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın həqiqəti görməsi və proseslərin gedişində ikili standartlardan kənar addımlar atması beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunun qəbul edilməsini tam şəkildə özündə əks etdirir.
Eyni zamanda, onu da qeyd etməliyik ki, bu uğurun əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanımın bu ilin martında Fransa Respublikasına səfəri zamanı keçirdiyi görüşlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Fransada erməni diasporunun dövlət siyasətinə təsir göstərmək cəhdlərinin və münasibətlərə kölgə salmaq istəklərinin üstündən xətt çəkdi, anti-Azərbaycan təbliğatını neytrallaşdırdı. Eləcə də Mehriban xanımın səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini Fransa hakimiyyətinin yüksək dairələrinə çatdırması, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətini xatırlatması müstəsna rol oynadı. Çox sevindirici haldır ki, Fransa da artıq əvvəlki illərdən fərqli olaraq ikili standartlar prinsipindən deyil, məhz üzərinə düşdüyü öhdəliklər prinsipi ilə hərəkət edərək ədalətli mövqeyini ortaya qoydu. Beləliklə, proseslərin gedişi göstərir ki, Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası daha da genişlənir. Azərbaycanın uğurla həyata keçirdiyi diplomatiya sayəsində Ermənistan özünün saxtalığının ifşasını, ölkəmiz isə qələbəsinin təntənəsini yaşayır.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Zəfərin Komandanı
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info