Bakı mənim məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir
Tarix: 05.06.2019 | Saat: 22:38:00 | E-mail | Çapa göndər



Bakı mənim daim böyük məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə “Moskva-Baku” portalı jurnalistinin UEFA Avropa Liqasının Bakıdakı finalının siyasiləşdirilməsi cəhdləri barədə sualını şərh edərkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusya XİN idmanın siyasiləşdirilməsinə qarşı çıxır: “Biz bir tərəfdən idmanda siyasiləşdirmələrə adət etməliyik, digər tərəfdən isə bu, o demək deyil ki, biz bununla razılaşmalıyıq. İdman tədbirlərinin siyasiləşdirilməsi xüsusən də BMT tərəfindən müəyyən edilən sənədlərlə, ölkələrin ikitərəfli, çoxtərəfli razılaşmaları ilə ziddiyyət təşkil edir. İdman ayırmağa deyil, birləşdirməyə yönəldilməlidir”.
Bakıya məmnuniyyətlə gəldiyini bildirən RF XİN-in nümayəndəsi deyib: “Bakını təhlükəli şəhər adlandıra bilmərəm. Mən bu şəhərə məmnuniyyətlə gəlirəm. Mən Bakıya həm Xarici İşlər Nazirliyinin əməkdaşı kimi getmişəm, eyni zamanda, hansısa qeyri-rəsmi tədbirlərdə də iştirak etmişəm. Azərbaycan paytaxtında son 10 ildə baş verən dəyişikliklər məni heyrətləndirdi və bu barədə daim danışıram. Bakı mənim daim məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir”.
M.Zaxarova, həmçinin Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasındakı sıx əməkdaşlığı da qeyd edib. “Ötən ilin sonunda Sergey Lavrov Bakıya səfər etdi, bu il Azərbaycanın xarici işlər naziri iki dəfə - aprelin 4-də və 16-da Moskvada oldu. Diplomatlarımız arasında əlaqələr işçi səviyyəsində saxlanılır. Biz sözsüz ki, XİN-lərarası birgə məsləhətləşmələrin keçirilməsi praktikasını davam etdirməyə köklənmişik”, - deyə M.Zaxarova ölkələrimiz arasında müntəzəm olaraq müxtəlif səviyyəli dialoqların dəstəklənməsini də əlavə edib. “Bildiyiniz kimi, ölkələrimiz arasında müxtəlif səviyyələrdə və müxtəlif formatlarda müntəzəm siyasi dialoq dəstəklənir. Buraya təkcə ikitərəfli format, beynəlxalq meydanlarda qarşılıqlı fəaliyyət formatları deyil, həm də yüksək səviyyəli Rusiya, Azərbaycan, İran görüşünün formatı da daxildir. Bu formatda iş davam edəcək. Bizim funksional səlahiyyətlərimiz bölüşdürüldüyü üçün ümumi anons verə bilmərəm. Lakin deyə bilərəm ki, bu format fəal şəkildə mövcuddur. Sözsüz ki, fəaliyyətini davam etdirəcək. Gələcək görüşlərin substantiv məzmununun müəyyən edilməsi üçün işlər gedir. İqtisadi əməkdaşlıq üzrə parlamentlərarası komissiya fəal işləyir. Komissiyaya Rusiyanın iqtisadi inkişaf naziri və Azərbaycanın iqtisadiyyat naziri başçılıq edirlər, onların rəhbərlik etdikləri müvafiq qurumlar arasında müntəzəm məsləhətləşmələr aparılır”, - deyə Zaxarova bəyan edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri barədə suala cavab verən XİN-in rəsmi nümayəndəsi bildirib ki, Rusiya XİN “regionda uzun illər davam edən böhranın nizamlanması istiqamətində işi irəlilətmək üçün əlindən gələni edir”.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info