Bayram günlərində Qubaya gələn turistlərin sayı xeyli artıb
Tarix: 06.06.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər



Müqəddəs Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı iki dəfə artıb. Qonaqlar arasında xeyli sayda əcnəbilər də var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
İtaliyalı Liya Talyavani Qubanın təbiətini çox bəyəndiyini, burada dincəlməkdən zövq aldığını bildirib.
“Mən İtaliyadan olsam da, Bakıda işləyirəm. Bayramla əlaqədar tətil günləridir. Biz də fürsəti qaçırmadıq. Azərbaycanın gözəl istirahət guşələrindən olan Qəçrəşə gəldik. Bura çox sərin, havası təmiz və gözəldir” - deyə, o söyləyib.
Hindistanlı turist Pani Chala isə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada əsrarəngiz təbiətlə yanaşı, insanların qonaqpərvərliyini xüsusi vurğulayıb. “Artıq üçüncü gündür Azərbaycandayam. Hindistanlı olsam da, işimlə əlaqədar Dubay şəhərində yaşayıram. Bu qısa müddətdə ölkənizi çox sevdim. İnsanlarınız mehriban və qonaqpərvərdir. İki gün Bakıda qaldıqdan sonra Qubaya gəldik. Mən burada milli yeməkləri çox bəyəndim. Azərbaycana yenidən gəlməyi düşünürəm”, - deyə hindistanlı qonaq söyləyib.
Qəçrəş kəndi rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini izləməkdən zövq alırlar. Hər tərəfdən meşə ilə örtülən kənddə çoxlu sayda təbii bulaq var.
Turizm obyektlərinin sahibləri bildiriblər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən iki dəfə çoxdur. Qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, regiondakı Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
14.06.2019
Azərbaycan turizmi öz inkişafında vacib olan sabitlik amilinə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur
13.06.2019
Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayı 3,8 faiz artıb
10.06.2019
ATMU-da Tədris Metodik Şuranın iclası keçirilib
07.06.2019
“Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumu başlayıb
04.06.2019
Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info