Komissiya fəaliyyətə başlayıb
Tarix: 07.08.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün

Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 nömrəli əmr imzalayıb.
Əmrə əsasən, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələri 20 iyul 2013 - cü il tarixindən başlayaraq 20 avqust 2013 - cü il tarixinədək qəbul ediləcək. Vətəndaşlar Təhsil İdarəsinə ərizə ilə yanaşı, uşağın doğum haqqında şəhadətnaməsinin əslini və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəklini təqdim etməlidirlər. Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilib. Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün komissiyalar yaradılıb. Komissiyaların işi 5 avqust 2013 - cü il tarixindən Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə təşkil olunub. Hazırda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 6 komissiya fəaliyyət göstərir. Hər bir komissiya ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət olmaqla 5 nəfərdən təşkil edilib. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün keçirilən müsahibə saat 9:00 - dan 18:00 - dək davam edir. Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq uşaqla tədris alacağı dildə 15 - 20 dəqiqə ərzində müsahibə aparılacaq. Zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün uşaqlara 4 sual veriləcək. Hər bir suala cavabın 5 ballıq şkala üzrə qiymətləndirilməsi nəzərdə tutulur. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Müsahibə sentyabrın 10-da başa çatacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info