Ərik alarkən diqqət edin
Tarix: 07.08.2013 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


İstehlakda mövsümi məhsullara tələbatın çoxalması faktdır. İndi hər kəs meyvə, tərəvəz, giləmeyvə və s. kimi məhsulların istehlakına üstünlük verir. Bir tərəfdən onların təzə halda istifadəsi, digər tərəfdən isə konservləşdirilməsi həmin məhsulların keyfiyyət və təhlükəsizliyi ilə bağlı məsələləri aktuallaşdırır. İstehlakçıların böyük əksəriyyəti bu amili ciddiyə almadığından nəticə heç də həmişə ürəkaçan olmur. Belə ki, xüsusilə süni vasitələrin, kimyəvi birləşmələrin köməyi ilə becərilən bu kimi məhsulların istifadəsi ən müxtəlif problemlərin, o cümlədən qida zəhərlənmələrinin artması ehtimalını gücləndirir.
Bu məlumatımızda sizlərə insan orqanizmi üçün gərəkli meyvələrdən olan əriyin istehlakı zamanı vacib olan bəzi məsələlər barədə danışacağıq. Əriyin dərildikdən sonra üç-beş gündən artıq qalmaması və tez xarab olması bunları bilməyi zərurətə çevirir.
Əriyin 20-dən çox növü vardır. Ərik meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Tərkibində şəkərlər, müxtəlif turşular, pektin maddələri və vitaminlər vardır. Toxumlarında 45-58% yağ və 25% zülal vardır. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsinə, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Əriyin xarici görünüşü və yetişdiyini orqonoleptik göstəricilərə görə təyin etmək olar. Meyvələrin yığılması vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Qablaşdırılmazdan əvvəl əriklər növlərinə görə qruplaşdırılırmalıdır. Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və standartı və s. öz əksini tapmalıdır.
Yüksək qidalılığa malik ərik təzə-təzə yeyilməlidir. Həmçinin ondan qurudulmuş halda və kompot, mürəbbə, cem, povidlo, pastila, şirə, şərab və s. hazırlanaraq istifadə olunur. Təzə halda yetişmiş ərik həzm prosesini yaxşılaşdırır, susuzluğun qarşısını alır, bağırsaqları yumşaldır, dərini gözəlləşdirir. İnsanların gün ərzində ən azı 3-5 ərik yeməyi daha faydalı hesab olunur.
Əriklər müxtəlif irilikdə, formada və rəngdə olur. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Təbii meyvələri iyun və iyulda yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakı zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.
Əriyin daşınması xüsusi taralarda həyata keçirilir. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır.
Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,50C + 0,5C temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +50C +80C temperaturda saxlanıla bilər. Əriyi soyuducuda polietilen paketlərdə saxlamaq olar. Əriyin saxlanması zamanı nisbi rütubətliyi 90% olmağı məqsədəuyğundur.
Əriyin yetişməsinin müəyyən edilməsinin bir sıra üsulları vardır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur.
İstehlakçı olaraq hər biriniz ərik alarkən onun qablaşdırılmasına, saxlanma şəraitinə və temperaturuna diqqət edin. Əzilmiş ziyan vericilərin təsirinə məruz qalmış əriyin istehlakı faydasız olmaqla yanaşı, sağlamlığınız üçün təhlükəlidir.
Qeyd etdiyimiz kimi, istehlakda əriyin konservləşdirilmiş məhsulları da önəmli çəkiyə malikdir. Ondan mürəbbə, kompot, cem və s. hazırlanır. Bu məhsulların hər birinin özünəməxsus hazırlanma üsulları var. Ərikdən hazırlanan mürəbbə keyfiyyəti ilə fərqlənir, çox qidalıdır və xoş ətrə malik olur.
Bu meyvənin özü kimi şirəsi də qidalı və faydalıdır. Ancaq şirə hazırlanmasında zərərvericilərin təsirinə məruz qalan xammaldan istifadə etmək məsləhət deyil. Bu zaman xoşagəlməz dadlı və yad qoxulu şirə alınar. Kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır. Kompotun meyvəsi bütöv, şirəsi şəffaf, dadı şirin və ətirli olmalıdır.
Hazırlanmış bu məhsullar bankalara doldurulur və ağzı qapaqla kip bağlanır. Qablaşdırılmasında əsas etibarilə şüşə və metal bankalardan istifadə edilir. Rənginin bulanması, qıcqırması və yaxud kiflənməsi də onların xarab olmasını deməyə əsas verir.
Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur.
Bu cür məhsullar təmiz, quru və yaxşı vintilyasiya olunmuş yerlərdə 75%-dən çox olmayan nisbi rütubətdə, qablaşdırılmasından asılı olmayaraq 0-25C temperaturda saxlanılmalıdır. Şüşə qablara qablaşdırılmış məhsullar birbaşa günəş şüalarından qorunmalıdır.
Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün ərikdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyə olunur.
Təzə ərik alarkən və ya hazırlanan konservləşdirilən məhsullardan istifadə edərkən qeyd olunan əlamətlərinə, saxlanma şəraitinə və müddətinə diqqət edin.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info