“Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumu başlayıb
Tarix: 07.06.2019 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu öz işinə başlayıb. Forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının iştirakı ilə reallaşıb. Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar. Dövlət himni səsləndiriləndən sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbiri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə açaraq rəhbərlik etdiyi təşkilatın Beynəlxalq Memarlar İttifaqının işində fəal iştirak etdiyini, Bakıda memarlıq sahəsində beynəlxalq əhəmiyyətli tədbirlər, müsabiqə və festivallar keçirdiyini, mütəmadi olaraq cəmiyyətdə memarların yerinin və rolunun gücləndirilməsi ilə məşğul olduğunu qeyd edib. Bildirib ki, Forumun keçirilməsi ötən il martın 29-da Prezident İlham Əliyevin Beynəlxalq Memarlar İttifaqının ali rəhbərliyi ilə görüşü zamanı qərara alınıb. Forumun əsas məqsədi turizmin sürətli inkişaf istiqamətlərini öyrənmək, mədəni irsin qorunması üçün mövcud və potensial ictimai siyasəti təhlil etmək, bu günün memarlığını sabahın mirası olaraq nəzərdən keçirmək, UNESCO-nun dünya irsinin statusu üçün müasir memarlıq siyahısını hazırlamaq, davamlı turizmə dair müvafiq qaydalar hazırlamaq, kütləvi turizmin təsir etdiyi tarixi şəhərlərin şəbəkəsini yaratmaqdır.
Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye, BMT-nin Dünya Turizm Təşkilatının turizm bazarının təhlili və rəqabətliliyi departamentinin baş mütəxəssisi Miçel Julian çıxış edərək Forumun əhəmiyyətini qeyd ediblər. Ucuz səyahət imkanlarının turizm sənayesi üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Bildirilib ki, nəticədə, kütləvi turizm getdikcə dağıdıcı xarakter daşıyaraq demoqrafik dəyişikliklərə, yerli əhalinin narazılığına, qiymətlərin artmasına, tarixi mirasın və mədəni özünəxaslığın itirilməsinə gətirib çıxarır. Forum tarixi şəhərlər və turistlər arasında informasiya ahənginə nail olmaq üçün memarların və digər mütəxəssislərin müzakirə edəcəyi yolların dialoquna yönəlib.
Forum çərçivəsində tarixi şəhərlərdə kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə edilib, tarixi şəhərlər və turistlər arasında ahəngə nail olmaq üçün memarların, eləcə də səlahiyyətli şəxslərin müzakirə dialoqu yaradılıb. Qeyd edək ki, üç gün davam edəcək Forumda iştirak etmək üçün ölkəmizə 350 nəfərə yaxın xarici qonaq gəlib. Forum çərçivəsində paralel olaraq 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclasının və iyunun 11-də növbədənkənar Baş Assambleyasının keçirilməsi qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib
17.10.2019
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
15.10.2019
AZTA və Özbəkistanın turizmin inkişafı üzrə dövlət komitəsi Memorandun imzalayıblar
11.10.2019
Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib
08.10.2019
Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info