Ağdaşda sahibkarlara güzəştli kreditlər verilib
Tarix: 07.08.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Ağdaş rayonunun Şordəhnə kəndində keçirib. Tədbirdə 80-dən çox sahibkar iştirak edib.
Tədbirdən əvvəl Ağdaş rayonunun Ərəbocağı kəndində dövlətin güzəştli krediti ayrılmış cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik həcmli cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanıb.
Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Ağdaşda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov çıxışlarında ölkədə sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Aran iqtisadi rayonunda, o cümlədən Ağdaşda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov çıxışında bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2697 investisiya layihəsinin maliyyələşdirilməsinə 208.4 milyon manat güzəştli kredit verildiyini bildirib. Bu kreditlərin reallaşdırılması 8300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6320-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 300.7 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 26800-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən 70 sahibkara 725.5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdirilir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info