Müxalifətin sosial şəbəkələrdəki rəzaləti
Tarix: 07.06.2019 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan bəzi müxalifətçilərin şər-böhtan kampaniyaları, söyüşlə apardıqları mübarizələr o qədər iyrənc formaya düşüb ki, artıq sosial şəbəkələrdə bu şəxslərin paylaşımlarına reaksiya verən də yoxdur. Məsələn, Məhəmməd Mirzəli ötən ilin sonunda öz əqidədaşı ilə qrant davasına qalxandan sonra ondan müxalifətçilər də üz döndərdilər desək yanılmarıq. Çünki canlı yayımda əqidədaşı olan Tural Sadıqlının üzünə tüpürən Məhəmməd Mirzəli bütün bağları qırdı, qırmızı xətti keçdi. Zatən bu adam cəmiyyətimizdə mənfi qarşılanırdı, bütün mental dəyərləri tapdalayan, savadı olmayan, müxalifət bir yana, Azərbaycan adına ləkə olan biri kimi tanınırdı. Çünki gecə-gündüz küçə səviyyəsində videolara çəkərək söyüşlər, təhqiramiz sözlərlə azərbaycanlı məmurları, hətta ziyalılarımızı belə aşağılayan biri kimi tənqid edilirdi. Sosial şəbəkələrin verdiyi bəzi imkanlardan yararlanaraq Orduxanlar, Məhəmməd Mirzəlilər bu gün də həmin siyasi xətti davam etdirirlər, cəmiyyətə aqressiya püskürərək, dezinformasiya yaymaqla, təhqiramiz mübarizə metoduna sadiq qaldıqlarını göstərməklə məşğuldurlar. Məhəmməd Mirzəlinin “Facebook”dakı profilinə nəzər saldıqda onun son paylaşımlarında absurd və şər-böhtan dolu məlumatları çox rahatlıqla paylaşmasını görmək olur. Hərçənd onun bu anormal statuslarını üs-üstə heç 200-ə yaxın adam bəyənmir. Orduxan da elə Məhəmməd Mirzəli ağıldadır... İtinə deputat adı qoymağı ilə qürrələndiyini göstərən bu 5-ci kolonun aktiv üzvü bir qədər də uzağa gedərək şərhlərdə daha təhqiramiz sözlər işlədir. Bəlkə də düşünmək olardı ki, gəncdirlər, necə deyərlər həyat təcrübələri yoxdur-qanmırlar, siyasətə təsadüfən gəldikləri üçün belə aqressivdirlər. Amma reallıq budur ki, bu adamları bu cür mübarizə aparmağa vadar edən qüvvələr var. Və o qüvvələr də kifayət qədər maliyyə vəsaiti ayıraraq gecə-gündüz Azərbaycanın imicinə xələl gəlməsi üçün Anti-kampaniyaların aparılmasında maraqlıdırlar. Orduxanlar, Məhəmməd Mirzəlilər isə bu cür kampaniyalar üçün asan yem sayılırlar. Zatən onların siyasi savadı, əqidəsi, düşüncə tərzi və hətta ailə tərbiyəsi elə bir həddədir ki, qrant ayırmasan, ermənilərə bağlı olan təşkilatlarla əməkdaşlığa cəlb etməsən belə gələcəkdə tutduqları yol ilə davam edəcəklər... Bir sözlə “qara yara” kimi cəmiyyətimizdən yapışıb əl çəkməyəcəklər. Əsas odur ki, cəmiyyətin bu cüt təfəkkür sahiblərinə olan reaksiyası çox mənfidir, sosial şəbəkələrdə özlərinə tay olanlar xaric heç kim bu “iaşə müxalifətinə” dəstək olmur.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Avropa Şurasının yeni Baş katibi seçilib
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info