“Azərbaycanda təhlükəsizliyi yüksək səviyyədə təmin olunan turizm obyektləri mövcuddur”
Tarix: 07.06.2019 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Havaların istiləşməsi turizm sektorunda canlanmaya səbəb olub. Bu baxımdan, sözügedən sektorda işin təşkili məsələsi artıq aktuallaşıb.
Maraqlıdır, görəsən turizm obyektlərində təhlükəsizlik lazımi qaydada təmin edilirmi?
Təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bəzi turizm obyektlərində təhlükəsizliyin təmin edilməməsi müştərilərin həyatını təhlükəyə atır:
“İstirahət məkanlarının sahibləri gələn yerli qonaqların, o cümlədən, xarici turistlərin təhlükəsizliyinin təmin edilməsinə, xoşagəlməz halların baş verməməsinə cavabdehlik daşıyırlar. Ona görə də rəhbərlik təhlükəsizliyin təmin edilməsinə ciddi yanaşmalıdır. Çünki turizm obyektində baş verən hansısa neqativ hadisə maddi və mənəvi ziyana səbəb olur. Deməli, obyekt sahibləri müştəriyə təqdim etdiyi xidmət səviyyəsinə təhlükəsizlik məsələsini də mütləq daxil etməlidir.
Təhlükəsizlik işi ancaq qapıda dayanıb, içəri daxil olanları yoxlamaqla bitmir.
Obyektin ümumi mühafizəsi texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə sistemləri və videonəzarət vasitələri ilə müşahidə aparmaqla həyata keçirilməlidir. Eyni zamanda, turizm obyektlərində işləyən mühafizəçilər iş, həyat təcrübəsi, psixoloji və intellektual cəhətdən hazır biri olmalıdır. Ümumilikdə turizm obyektlərində müştərilərin istirahəti üçün nəzərdə tutulan atraksionlar, su hövzələri, aquapark və kanat yollarında tam təhlükəsizliyin təmin edilməsi üçün kompleks təhlükəsizlik tədbirləri görülməlidir. Mövsüm başlamadan öncə, atraksionlara qarşı texniki baxış həyata keçirilməli və nasazlıqlar aradan qaldırılmalıdır. Su hovuzları standartlara cavab verməli, kimyəvi təmizləyici vasitələrlə təmizlənməli və nəzərdə tutulan müəyyən təhlükəsizlik qaydaları həyata keçirilməlidir.
Müştərilərin əksəriyyəti istirahətə gedərkən təhlükəsizlik məsələsi ilə maraqlanmır.
Azərbaycanda təhlükəsizliyi yüksək səviyyədə təmin olunan turizm obyektləri mövcuddur. Lakin bu qaydalara əməl etməyən turizm obyektləri də az deyil. Bəzi hotellərdə ilkin tibbi yardım xidməti belə yoxdur. Bəzi koteclərin ətrafı alaq otları ilə örtülüb və əksər vaxtlar pəncərəsi açıq olur. Bu isə qətiyyən yolverilməzdir. Çünki müştərini ilan sanca bilər və ya otağa zəhərli həşəratlar girə bilər. Bu baxımdan müştəri turizm obyekti seçərkən, təhlükəsizlik məsələsini araşdırmalıdır. Meşəyə yaxın ərazidə yerləşən istirahət obyektlərində təhlükəsizlik tədbirlərinə mütləq ehtiyac var. Həmçinin müştəri məkan seçərkən fövqəladə hadisə baş verdiyi halda, hansı tədbirlərin görüləcəyi ilə maraqlanmalıdır. Çünki müştəri istirahət etdiyi məkanda təhlükəsizliyin aşağı səviyyədə olduğunu bilərsə, həmin yerdə istirahət etməkdən imtina edər. İstirahətə getmədən öncə, təhülkəsizliklə bağlı məlumatları hotel menecerindən öyrənmək mümkündür. Ümumiyyətlə, təxliyyə planı ilə bağlı insanların maarifləndirilməsinə ehtiyac var. İnsanların maariflənməsində KİV-də şərait yaradılmalıdır. Eyni zamanda, hotel adminstrasiyası sosial çarxlar hazırlaya bilər.
Turizm polisinin yaradılmasına ehtiyac yoxdur.
Turizm elə bir sahədir ki, inkişafı müxtəlif yollarla mümkündür. Məsələn, hansısa dağ yamacında bir turizm obyekti yaratmaq olar. Lakin obyektə gələn yolun rahat olmaması turistlərin marağına səbəb olmayacaq. Ölkəmizin şimal tərəfi turizm bölgəsi hesab olunur. Ancaq ora aparan yolun müəyyən hissələrinin narahat olması, müəyyən faiz turistin həmin bölgədən imtina etməsinə səbəb olur. Doğrudur, yol infrastrukturunda xeyli işlər görülsə də, müəyyən problemlər qalmaqdadır. Kompleks tədbirlər görüləndən sonra turizm polisinə ehtiyac qalmır. Turizm polisinin olması insanların rahat istirahət etməsinə mane ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Roger Zavoli: gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir
26.06.2019
Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
26.06.2019
Güləş üzrə Azərbaycan millisi ikinci ən güclü komandadır
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info