Azərbaycan “Şərq tərəfdaşlığı” ölkələrinin Nəqliyyat üzrə Nazirlər Toplantısında təmsil olunub
Tarix: 07.06.2019 | Saat: 19:32:00 | E-mail | Çapa göndər



Lüksemburqda Rumıniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı” ölkələrinin Nəqliyyat üzrə Nazirlər Toplantısı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Toplantısında Avropa İttifaqına üzv 28 ölkənin və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat sahəsi üzrə məsul nazirləri, o cümlədən Avropa Komissiyası və bir sıra beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Şahin İsmayılov və Xəyalə Paşazadə təmsil ediblər.
Toplantı zamanı Avropa İttifaqının Trans-Avropa Nəqliyyat Şəbəkəsinin “Şərq tərəfdaşlığı” ölkələrinə uzadılması ilə əlaqədar qəbul olunmuş uzunmüddətli Sərmayə Fəaliyyət Planının həyata keçirilməsi üzrə atılacaq növbəti addımlara dair müzakirələr aparılıb. Eyni zamanda, Avropa və Asiya qitələri arasında bağlantılar, o cümlədən yol təhlükəsizliyi ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirin sonunda nəqliyyat sahəsində əməkdaşlığa dair məsələləri özündə ehtiva edən Birgə Bəyannamə qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info