Fransa Milli Assambleyasında Azərbaycanda qadına səsvermə hüququnun verilməsinin 100 illiyi ilə bağlı konfrans keçirilib
Tarix: 07.06.2019 | Saat: 22:22:00 | E-mail | Çapa göndər



Azərbaycan qadınlara səsvermə hüququ verməsinin 100 illiyini qeyd edir. Qadın hüquqları hətta iqtisadi layihələrdən də öndə durmalı, siyasi fəaliyyət üçün mənbə olmalıdır. Sivilizasiya, demokratiya, tərəqqi və müasirlik anlayışları qadın hüquqları əsasında formalaşdırılmalıdır. Cəmiyyətdə qadının yeri ölkədə sivilizasiyanın, demokratiyanın, tərəqqinin və müasirliyin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Parisdə Milli Assambleyada Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransda səsləndirilib.
Konfransda Fransa Milli Assambleyasının qadın hüquqları komitəsinin sədri Mari-Pyer Riksen, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Sahibə Qafarova, UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat, avropalı deputat Patrisiya Lalond, ALP şirkətinin prezidenti Ann Loverjon çıxış ediblər.
Səfir R.Mustafayev Azərbaycan-Fransa əlaqələrinin tarixinə toxunaraq, Azərbaycan Xalq Cümhuriyyətindən, onun nailiyyətlərindən danışıb, ölkəmizin 100 il əvvəl dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni hüquqlar verən ilk dünyəvi müsəlman dövləti olduğunu vurğulayıb.
Hicran Hüseynova rəhbərlik etdiyi Komitənin qadın hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti, digər dövlət orqanları ilə birgə görülən tədbirlər, bu sahədə qəbul edilmiş qanunlar, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla bağlı məlumat verib. O, qadınların məşğulluğu sahəsində, xüsusilə də qaçqın və məcburi köçkün qadınlarla bağlı həyata keçirilən layihələrdən söz açaraq, sahibkar qadınlara dövlət tərəfindən dəstək göstərildiyini diqqətə çatdırıb.
Sahibə Qafarova çıxış edərək, Avropa Şurası və ölkəmiz arasındakı əlaqələrə toxunub, qadın məsələləri sahəsindəki birgə layihələrdən danışıb.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan–Fransa əlaqələrinin inkişafına töhfə vermiş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qadınlarımız üçün ən yaxşı nümunə və ilham mənbəyidir.
UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat, avropalı deputat Patrisiya Lalond təmsil etdikləri təşkilatlarda, Fransa Milli Assambleyasının qadın hüquqları komitəsinin sədri Mari-Pyer Riksen, ALP şirkətinin prezidenti Ann Loverjon ölkələrində qadın məsələləri ilə bağlı vəziyyətdən, bu sahədə görülən tədbirlərdən söz açıblar. Natiqlər qadın hüquqları sahəsində əldə edilən uğurlara baxmayaraq, hələ də bəzi ölkələrdə stereotiplərin qalmasından narahatlıqlarını bildiriblər.
Konfrans iştirakçıları Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün yarısının qadınlar olması, münaqişədən daha çox Azərbaycan qadınlarının əziyyət çəkməsi, onların fiziki və psixoloji travma alması barədə məlumatlandırılıblar. Azərbaycanın öz qaçqın və məcburi köçkünlərindən əlavə, çətin anlarda Özbəkistan, Əfqanıstan və Çeçenistandan gələn qaçqınlara da sığınacaq verdiyi vurğulanıb.
Ölkəmizdə səfərdə olmuş avropalı deputat Patrisiya Lalond qaçqın və məcburi köçkünlərin yaşadığı çadır şəhərciklərindən və qadınların çəkdiyi əziyyətdən danışıb. Xatırladıb ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində "bir dənə də olsun çadır düşərgəsi qalmayacaq", - deyən Prezident İlham Əliyev verdiyi vədə əməl edib və 2007-ci ildə ölkədə sonuncu çadır şəhərciyi ləğv olunub. O, hökumətimizin qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərdən söz açaraq diqqətə çatdırıb ki, bu gün qaçqın, miqrant məsələsində və bu məsələlərin idarəsində çətinliklərlə üzləşən Avropa dövlətləri, eləcə də Fransa Azərbaycanın təcrübəsindən yararlana bilər.
Bakı Dövlət Universitetinin professoru Lətifə Əliyeva Azərbaycanda qadınlara səsvermə hüququnun tarixi haqqında ətraflı məlumat verib. Qadınlara səsvermə hüququ verilməsi, qadınların hüquqlarının müdafiəsi sahəsində azərbaycanlı ziyalıların rolundan danışıb.
Fransalı yazıçı-jurnalist Jan-Lui Quro qadın hüquqları sahəsində ölkəmizin digər müsəlman ölkələrindən tamamilə fərqləndiyini bildirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin əməkdaşı (UFAZ) Şarlot Payen, Sosial İnnovasiyalar Laboratoriyasının həmtəsisçisi Leyla Tağızadə təhsil, elm, innovasiyalar, startap sahəsində qadınların, gənc qızların yeri və rolu haqqında ətraflı məlumat veriblər.
Fransa Milli Assambleyasında Fransa–Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən təşkil olunmuş konfransda dostluq qrupunun sədri Pyer-Alən Rafan iki ölkə arasındakı əlaqələrin tarixinə toxunub. O, çıxışında konfransın əhəmiyyətindən danışaraq, onun tarixi təcrübənin bölüşülməsi baxımından vacibliyini qeyd edib.
Konfransın yekununda qadınların hüquqlarının müdafiəsi baxımından qadınların sosial şəbəkəsinin yaradılmasının vacibliyi qeyd edilib, Azərbaycanın bu sahədə zəngin təcrübəsi olduğu vurğulanıb.
Tədbir iştirakçıları qadın hüquqları ilə bağlı məsələlərin müzakirəsinin davamlı olacağına ümid etdiklərini bildirib, qadın hüquqları sahəsində Azərbaycanın digər ölkələrə nümunə olduğunu səsləndiriblər.
Təşkilatçılar konfransın təşkilində əməkdaşlığa görə Fransadakı səfirliyimizə təşəkkür ediblər.
Konfransın iştirakçıları arasında Fransanın siyasətçiləri, deputatları, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri də olub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info