Brüsseldə rəsmi qəbul və konsert keçirilib
Tarix: 08.06.2019 | Saat: 01:20:00 | E-mail | Çapa göndər



Azərbaycanın Belçikadakı səfirliyinin yenicə istifadəyə verilmiş binasında Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi və səfirliyin yeni binasının istifadəyə verilməsi münasibətilə rəsmi qəbul və konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan, Belçika və Avropa İttifaqı himnləri səsləndirilib.
Mərasimdə Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla çoxsaylı qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 101-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb. Mövcud olduğu müddətdə qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycanın keçdiyi şanlı müstəqillik yolu barədə danışıb.
Diplomatik xidmətin təsis olunmasının da məhz cümhuriyyət dövrünə təsadüf etdiyini bildirən səfir F.İsgəndərov, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə onun dövlət orqanları sistemi, o cümlədən də Xarici İşlər Nazirliyinin formalaşdığını diqqətə çatdırıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərlikləri altında keçən ötən dövr ərzində diplomatik xidmət sahəsində qazanılmış uğurlardan bəhs edib.
Daha sonra diplomat səfirliyin yeni binası haqqında qonaqları məlumatlandırıb. Binanın hazırkı görkəminin yaradılmasında verdikləri töhfəyə görə tədbirdə iştirak edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Belçikanın görkəmli arxitektoru Filip Vanherreveqeyə, eləcə də digər şəxslərə öz dərin təşəkkürünü bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən səfir Azərbaycanın münaqişənin sülh yolu ilə, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu vurğulayıb.
Daha sonra Brüssel Kral Konservatoriyası nəzdində fəaliyyət göstərən “Danos” kvartetinin ifasında Azərbaycan musiqisindən gözəl nümunələr səsləndirilib.
Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər
14.10.2019
Əli Kərimli Müsavatı ələ keçirə bilmədi
14.10.2019
Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14.10.2019
Macarıstanın Baş Naziri Azərbaycana səfərə gəlib
14.10.2019
Medianın imkanlarından istifadə edərək həm Türkiyənin, həm Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info