“İranla birbaşa görüş keçirməyə və dialoqa hazırıq”
Tarix: 07.08.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


“ABŞ İranla birbaşa görüş keçirməyə və dialoqa başlamağa
hazırdır”.

İRNA”nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mariya Harf bildirib. Onun sözlərinə görə, İranda yeni hökumətin iqtidara gəlməsi bu ölkənin nüvə məsələsi ilə bağlı anlaşılmazlıqlarının aradan qaldırılması üçün bir fürsətdir: “İran ciddi olaraq ABŞ-la görüş keçirməyə hazır olduğu zaman belə bir addım atacağıq”. Fransanın xarici işlər naziri Loran Fabius isə bildirib ki, İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimindən sonra Fransa ilə İran arasında yeni münasibətlərin yaranacağına ümid edir. Fransalı nazir bəyanatında bildirib ki, Fransa İranın yeni prezidenti Ruhaninin andiçmə mərasimini yeni münasibətlərin başlanğıcı kimi görməyi arzu edir. Fransalı diplomat İran səfiri Əli Əhani ilə Parisdə keçirilən görüşü zamanı bildirib ki, İranda keçirilən prezident seçkiləri İran xalqının dəyişikliklərə əzmli olduğunu nümayiş etdirib. Fabius Fransanın İranın yeni hökuməti ilə işləməyə hazır olduğunu vurğulayıb və Tehranı nüvə proqramına dair beynəlxalq narahatlıqlara cavab olaraq konkret tədbirlər görməyə çağırıb. Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın yeni prezidentinə məktub yazıb. K.Eşton məktubunda H.Ruhanini İran prezidenti seçilməsi münasibətilə təbrik edib, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin tezliklə başlayacağına ümidvar olduğunu bildirib: “Mən sizə bu məktubu yazmaqla bildirmək istəyirəm ki, İranın nüvə məsələsinin həlli yolunun tezliklə tapılması üçün rəsmi Tehranla “altılıq” ölkələri arasında danışıqları davam etdirməyə hazır olmalıyıq. Biz ən qısa zamanda sizin vasitəçiliyinizlə yaxşı müzakirələr keçirəcəyimizin mümkün olacağını planlaşdırırıq”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info