Ərdoğan və xanımı Özilin toyunda şahid oldular
Tarix: 08.06.2019 | Saat: 08:06:00 | E-mail | Çapa göndər


Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub.
Trend-in məlumatına görə, futbolçunun toyunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan da iştirak ediblər. T.Ərdoğan və xanımı toyda nikah şahidi qismində də çıxış ediblər.
Futbolçunun toyunda nitq söyləyən Türkiyə lideri cütlüyə xoşbəstlik arzu edib və nikahı təsdiq edən sənədi Ə.Gülşeyə təqdim edib.
Toy mərasimi İstanbulda ailə üzvlərinin və dostların iştirakı ilə keçirilib.
Xatırladaq ki, ötən il Dünya Çempionatından öncə M.Özil Londonda işgüzar səfərdə olan Türkiyə prezidenti ilə görüşmüşdü. Görüşdən sonra türk futbolçu Almaniya azarkeşləri, KİV və siyasətçiləri tərəfindən qınaq oyektinə çevrilmişdi.
M.Özil isə öz növbəsində ötən il 22 iyul tarixində Almaniya millisində karyerasını başa vurmuşdu və bildirmişdi ki, buna səbəb azarkeşlər və siyasətçilər tərəfindən ona qarşı irqçilik sərgilənməsi olub. Futbolçu hesab edir ki, onlar siyasi təbliğat məqsədi ilə onun türk olmasından istifadə edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbolçunun qərarını dəstəkləyərək bildirmişdi ki, onun bu qərarı millətin və vətənin maraqlarına tam cavab verir.




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
25.07.2020
Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb
16.07.2020
Вот так Армения разрушает приграничные села Азербайджана
29.06.2020
Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
25.06.2020
Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info