“Rusiya həmişə həlledici məqamlarda Ermənistanı satıb”
Tarix: 07.08.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“Rusiya yenə də Ermənistanın maraqlarını qurban verərək Azərbaycanla münasibətlərini inkişaf etdirir”

Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı işğalçı Ermənistanda ciddi narahatlıq yaradır. Ermənilər «forpost»u olduqları dövlətin Azərbaycanla normal ikitərəfli münasibətlər formalaşdırmasını qəbul edə bilmirlər. Onların qəbul edə bilmədiyi əsas məslə odur ki, onlardan fərqli olaraq Azərbaycan müstəqil, inkişaf edən dövlətdir və rəsmi Bakı müstəqil daxili-xarici siyasət kursu həyata keçirir.

Elə bu müstəqil və rasional xarici siyasət kursunun nəticəsidir ki, bu gün Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə normal münasibətlərə malikdir. Eləcə də, rəsmi Bakı Rusiya, ABŞ, Avropa İttifaqı ilə də bərabərhüquqlu münasibətlər yaradıb. Amma bu göstəricilərin heç biri Ermənistanda yoxdur. Ermənilər tarix boyu onun-bunun əlinə baxmağa, başqalarının qapısında dilənçilik etməyə, onlara verilən əmrləri yerinə yetirməyə öyrəşiblər. İndi də vəziyyət dəyişməyib. Ölkədə nələri varsa, hamısını Kremlə peşkəş ediblər. Moskvadan gələn bütün əmrləri dinməz-söyləməz yerinə yetirirlər. Bunun müqabilində Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurması onların gözünə batır. Onları özlərindən çıxaran məsələ Azərbaycanın güclü, müstəqil dövlət olmasıdır. Xüsusilə, Rusiyanın son illər ərzində Azərbaycana hücum silahları satması İrəvanda böyük narazılıq yaradıb. Silah satılması fonunda Moskvanın Ermənistana satdığı mavi yanacağın qiymətini artırması «alovun üstünə benzin töküb». Ermənistan rəsmilərinin Avropa İttifaqı ilə münasibətlərin inkişafı ilə bağlı səsləndirdiyi bəyanatları da bu kontekstdə dəyərləndirmək lazımdır. Erməni siyasilər isterik şəkildə Rusiyaya acıq verirmiş kimi Avropa İttifaqı ilə münasibətlər barədə bəyanatlar verir, «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində assosiativ sənədin paraflanmasını müzakirə edirlər. Amma həqiqət onların özünə də yaxşı bəllidir ki, isterik halda nə bəyanat vermələrindən asılı olmayaraq onlar Rusiyanın təsir dairəsindən çıxa bilməzlər! «Forpost» olaraq Moskvadan gələn əmrləri yerinə yetirməyə məcburdurlar. Moskvanın təkcə mavi yanacağın qiymətini artırması Ermənistanda ciddi sosial narazılığın yaranmasına səbəb oldu. Rusiyanın əlində belə təsir rıçaqları o qədər çoxdur ki, İrəvanın nəyinsə acığına atacağı gözlənilməz addım ancaq özlərinə zərbə vuracaq. Erməni ekspert Qraçya Qalustyan son məqaləsində qeyd edib ki, Rusiya Ermənistanın maraqlarını qurban verərək, Türkiyə və Azərbaycanla münasibətlərini inkişaf etdirir: «Bir neçə gün əvvəl Rusiya prezidenti Putinlə Türkiyə baş naziri Ərdoğan arasında telefon danışığı olub. Tərəflər münasibətlərin inkişafı, payızda yüksək səviyyəli şuranın iclasının keçirilməsi və Sankt-Peterburqda keçiriləcək G20 zirvəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Göründüyü kimi, Rusiya və Türkiyə münasibətlərini qaydaya salırlar. Buna paralel olaraq Rusiya-Azərbaycan münasibətləri də inkişaf edərək dərinləşir. Bütün bu münasibətlər əslində rəsmi İrəvanı ciddi şəkildə narahat etməli və Ermənistan rəhbərliyi susqunluğunu pozmalıdır. Geosiyasi konfiqurasiyanın dəyişdiyi bir vaxtda bizim ölkənin rəhbərliyi susmağa üstünlük verir. Kremlin bu siyasətinə qarşı Sərkisyan bir dəfə də olsun münasibət bildirməyib. Bu isə açıq şəkildə qorxaqlıqdır. Rəsmi İrəvanın bu siyasətinin ölçülüb-biçilmiş xarici siyasətlə heç bir əlaqəsi yoxdur. Ermənistan hakimiyyətinin bu qorxaqlığı bizim xalqımıza çox baha başa gələ bilər. Rusiya həmişə həlledici məqamlarda bizi satıb. Bu, 1914-cü ildə də belə oldu, 1921-ci ildə Moskva müqaviləsi imzalananda da. İndiyə qədər baş verənlər Rusiyanın Ermənistanın və ermənilərin maraqlarını satmasına nümunədir. Növbəti satqınlıq baş verir, bu da sonuncu deyil. İndi biz yenə də tarixi anın astanasındayıq. Təbii ki, Rusiya heç bir halda öz maraqlarından geri çəkilməyəcək. Əgər, Rusiyanın maraqları Ermənistanın Türkiyə və Azərbaycan arasında parça-parça edilməsini tələb etsə, o bizi təslim edəcək. Prinsip etibarilə onlar Ankara və Azərbaycanla münasibətləri inkişaf etdirməklə bunu heç gizlətmirlər də. Mənim əsl narazılığım bizim hökumətədir. Xalqa qarşı ən böyük cinayəti edən bizim hakimiyyətdir. Onların mövqeyi satqınçılıqdır. Onlara qarşı münasibət də bu mövqeyə uyğun olmalıdır».

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info