Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb
Tarix: 08.06.2019 | Saat: 15:00:00 | E-mail | Çapa göndər



Sankt-Peterburqda keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, M.Oreşkin Ş.Mustafayevi Sankt-Peterburqda görməkdən, forumda Azərbaycanın iştirakından məmnunluğunu ifadə edib. O, builki forumun Azərbaycan üçün məhsuldar olacağına əminliyini ifadə edib. Rusiyalı nazir iki ölkə arasında təkcə ticarət sahəsində deyil, digər sahələrdə də birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb.
Ş.Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. Keçən il ticarət dövriyyəsində təxminən 19 faiz, bu ilin birinci rübündə isə 23 faiz artım müşahidə olunub. Nazir rusiyalı həmkarı ilə görüşün iki ölkənin həyata keçirdiyi layihələrin daha da təkmilləşdirilməsi baxımında çox önəmli olacağına əminliyini ifadə edib.
Sankt-Peterburq forumunda Azərbaycan geniş tərkibdə təmsil olunduğunu deyən Ş.Mustafayev əlavə edib ki, forum çərçivəsində bir necə müqavilə imzalanıb, müxtəlif istiqamətlərdə əməkdaşlığa dair danışıqlar aparılıb, razılıq əldə edilib. Nazir Leninqrad vilayəti ilə əməkdaşlıq sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info