85 pasiyentin qatili ömürlük həbs cəzasına məhkum edilib
Tarix: 08.06.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Aşağı Saksoniya federal əyalətinin tibb müəssisələrində işləmiş 42 yaşlı feldşer Nils Höqel beş il ərzində 34-96 yaşlarında 85 pasiyenti qətlə yetirib. Daha 15 hadisədə onun təqsirini sübuta yetirmək mümkün olmayıb. Lakin özünün etiraf etdiyi 85 qətl əyalət məhkəməsi tərəfindən onun (bu canlıya “insan” demək çətindir) ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılması üçün kifayət edib.
Əvvəlcə 6 pasiyenti öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş Höqel indi daha 79 qətl törətdiyini etiraf edib. Sübuta yetirilməmiş daha 15 qətldə də onun əli olmasına heç kəs şübhə etmir.
AZƏRTAC xəbər verir ki, Almaniya KİV-ləri bu məhkəmə araşdırmasını “əsrin prosesi” adlandırıblar. Höqel İkinci Dünya müharibəsindən sonrakı dövrdə bu ölkənin tarixində ən təhlükəli qatildir. Bu baxımdan o, yalnız nasist canilərdən geri qalır.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info