Meyvə şirələri yeməkdən 30-40 dəqiqə əvvəl içilməlidir
Tarix: 08.06.2019 | Saat: 16:44:00 | E-mail | Çapa göndər



Meyvə şirələrinin tərkibində olan vitaminlər, mineral duzlar, mikroelementlər və digər qida komponentləri insan orqanizmi üçün faydalıdır. Onlar həm təbii, həm də qablaşdırılmış formalarda hazırlanır. Meyvə şirələri düzgün qəbul edilməyəndə isə orqanizmə heç bir fayda vermir.

Diyetoloq Ləman Süleymanova AZƏRTAC-a bildirib ki, meyvə şirələri çəkiləndən sonra uzun müddət saxlanılmamalıdır: “Təzə çəkilmiş şirə həmin müddətdən artıq qalanda tərkibindəki bioloji maddələr dağılır. Həmin şirələri yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır, çünki bu zaman orqanizm onu daha tez sorur və biokimyəvi proseslər asan gedir. Yeməkdən dərhal sonra şirə içmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda köp yaranmasına səbəb olur”.
O, daha sonra deyib: “Alma şirələrinin tərkibində olan pektin maddəsi orqanizmdə şlakların, yəni yoğun bağırsaqda toplanan həzm olunmamış qida qalıqlarının parçalanmasına kömək edir. Ona görə də fitneslə məşğul olanların və ya çəki problemi ilə üzləşənlərin alma şirəsi qəbul etməsi məsləhətdir”.
Çəyirdəkli meyvələrin - ərik, zoğal, gavalı, şaftalı meyvələrinin şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür. Diyetoloqun fikrincə, təbii meyvə şirələri ilə yanaşı qablaşdırılmış şirələrdən də istifadə edərkən diqqət yetirilməli bir sıra məqamlar var: “Qablaşdırılmış meyvə şirələri bir sıra texniki emal prosesləri keçdikdən sonra müəyyən banka, butulka və ya qablara yığılır. Daha yaxşısı təktərkibli meyvə şirələrinin qəbul edilməsidir”.
Tumlu meyvələrin – alma, armud və üzüm meyvələrinin şirəsini isə digər şirələrlə qarışdırmaq olar.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info