AXCP-yə şok ittiham
Tarix: 07.08.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Mirzə Sakit: “Sədr müavinlərinə tez-tez yeni avtomobillər
alan sponsor...”


Radikal müxalifət partiyalarının cəmləşdiyi “milli şura”nın yarıtmaz fəaliyyəti və orada olan intriqaların günbəgün artması müxalif düşərgədə olan insanların narazılığına səbəb olub. Tanınmış yazar Mirzə Sakitin sosial şəbəkələrdə müxalifəti və konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasını tez-tez tənqid etməsi cəbhəçilər tərəfindən kəskin şəkildə qarşılanıb. Onlar hətta yazarı ölümlə də hədələyiblər.
Mirzə Sakit “Əlisi dəli, Vəlisi dəli...” adlı son yazısında isə nəinki AXCP sədrini kəskin tənqid edib o, ümumilikdə müxalifətin radikallaşmasını faciəvi hal sayıb: “Bir zamanlar sosial şəbəkələrdə “XİLAS” qrupu deyilən qapalı bir qrup var idi. Orada müxalifətçilər "Bizi sevməyənlər bizdən deyil" prinsipi ilə fəaliyyət göstərirdilər. İndi həmin “XİLAS” qrupunun adı bir vaxtlar o qrupun adminlərini öz kəlboyun qoçularına döydürən Hüseyn Abdullayevin mahnısının adı əsasında “SUSMA” adı ilə əvəzləndi.
Aydın məsələdir ki, məni və onları tənqid edənləri o qrupa üzv etməzlər, çünki o qrupun kolxoz sədrlərini yeri düşdükcə qamçılayıram.
Hər gün dostlar o qrupdan mənə statuslar, şərhlər kopyalayıb göndərirlər.
Miskinlərin son sığınacaq yerləri "Vətənşüvənlik"lə əhatə olunan bu qrupçular orada nələr yazırlar, İlahi...
Yazılarından belə çıxır ki, Məhəmməd peyğəmbər Mədinəyə gedərkən qarşısını mən kəsmişəm, Kərbəla çölündə susuz şəhid olan İmam Hüseynə mən su verməmişəm, Zeynəbin qəlbi sətəlcəm, ürəyi qan olmasında baiskar məhz mənəm. Ömrü boyu bu hakimiyyətə yaxın olmuş Rüstəm İbrahimbəyovu muxalifətin vahid namizədliyinə mən təşəbbüs göstərmişəm, böyürlərində fəallardan olan Kəmalə Bənənyarlının xəstə uşağının müalicəsinə pul tapılmadığı halda sədr müavinlərinin həftə səkkiz mən doqquz yeni avtomobillər almalarının sponsoru mənəmmiş...
"SUSMA"nıza "Şprot" konservası kəsim...”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info