Nazir müavini: Ordumuz hər an Ali Baş Komandanın əmrlərinə hazırdır
Tarix: 08.06.2019 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev nazirliyin rəhbərliyi adından veteranları salamlayıb. O, bildirib ki, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüşlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar barədə danışan nazir müavini bildirib ki, ordumuz hər an Ali Baş Komandanın əmrlərinə hazırdır.
Tədbirdə qeyd olunub ki, ordu və cəmiyyət təmaslarının qurulmasının əsasını bu cür görüşlər təşkil edir. Müharibə əlilləri, şəhid ailələri və müharibə veteranlarının dövlət, xalq qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyi də vurğulanıb.
General-leytenant K.Vəliyev bildirib: “Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Sizlər Qarabağ döyüşlərində rəşadətlə vuruşmusunuz. Bütün bunlar isə hər zaman hərbi qulluqçularımıza nümunədir. Ali Baş Komandanımızın da dediyi kimi: “Müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik”.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasətin bu gün də ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib.
Digər çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımız uğrunda döyüşlərə hər zaman hazır olduqlarını bildiriblər. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına Ali Baş Komandan adından mükafatlar təqdim edilib və bildirilib ki, veteranlarla bu cür görüşlər müxtəlif qruplar tərkibində mütəmadi olaraq keçiriləcək və onların problemlərinin həlli istiqamətində müxtəlif müzakirələr aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info