Müxalifətin vahid namizəd “dərd”i
Tarix: 07.08.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Samir Əsədli: “Sabir Rüstəmxanlının namizədliyini qınaqla qarşılayan
müsavatçıların alternativ namizədlik mövqeyi də qınaqla
qarşılanmalıdır”


“Milli şura” sədri Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi həll olunmadığından müxalifət koalisiyasının alternativ namizədi üzərində gərgin müzakirələr aparılır. Rüstəm İbrahimbəyovun namizədlikdən geri çəkiləcəyi halda İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Mehman Əliyevin vahid namizəd olacağı gözlənilsə də, sürpriz namizədlərin ola bilmə ehtimalı da böyükdür.

Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) funksioneri və “milli şura”nın üzvü Samir Əsədli sözügedən qurumun vahid namizədinin millət vəkili, VHP sədri Sabir Rüstəmxanlının ola biləcəyini deyib. Onun bu təklifi eks-spiker Rəsul Quliyev və müsavatçılar tərəfindən kəskin qarşılansa da, çox keçməmiş ortaya yeni namizədlər atıldı. Bunlar tanınmış alim Qüdrət İsakov və deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovdur. “Milli şura”nın prezidentliyə vahid namizədi olacaq şəxslər sırasında Ədalət Partiyasının sədri İlyas İsmayılovun adı isə ən son hallanır. Ümumilikdə isə İlyas İsmayılovun “milli şura” ilə bağlı məsələlərə həssas yanaşdığı göz önündədir. Digər kolleqalarından fərqli olaraq İ.İsmayılov indiyədək “milli şura” ilə bağlı mətbuata mənfi tonda bir kəlmə belə, danışmayıb, əksinə bu məsələlərdən özünü kənarda saxlamağa cəhd göstərib.
Böyük Quruluş Partiyasının sədri (BQP), millət vəkili Fazil Mustafa isə həmkarı İlyas İsmayılovun vahid namizəd olmasının mümkünlüyünü deyib. F.Mustafa İlyas İsmayılovun yaxşı siyasətçi olduğunu qeyd edib.
F.Mustafa hesab edir ki, İlyas İsmayılovun namizədliyi “milli şura”nı sevindirə bilər.
Onun sözlərinə əsasən, İ.İsmayılov siyasi potensialına görə, “milli şura”da vahid namizədliyi müzakirəyə çıxarıla biləcək digər şəxslərdən güclü siyasətçidir.
“Sözün açığı hər kəsin namizəd olması onun öz seçimidir. İlyas İsmayılov da bizim dostumuz, kolleqamızdır. Bu, öncə onun seçiminə bağlı məsələdir. Onun belə bir təşəbbüs etməsinə normal yanaşaram. “Milli şura” sevinsin ki, İlyas İsmayılov kimi namizədləri olsun. Hesab edirəm ki, İlyas İsmayılov “milli şura”nın vahid namizədi olarsa, bu, onlar üçün böyük bir qazanc olacaq. İlyas İsmayılovun siyasi potensialı onun vahid namizəd olmağına, əlbəttə, imkan verir. Bu baxımdan mən bunu normal qəbul edərəm”- deyə F.Musafa deputat həmkarı haqda bildirib.
Maraqlı məqam isə budur ki, Sabir Rüstəmxanlının vahid namizəd olması ehtimalını ortaya atan Samir Əsədlini kəskin şəkildə tənqid edən müxalifətçilər eyni mövqeyi digər namizəd kimi təklif olunan siyasətçilər haqda demirlər.
VHP funksioneri, “milli şura”nın üzvü Samir Əsədli “Palitra”ya açıqlama verərək ona qarşı olan aqressiyaya münasibət bildirdi. O səsləndirdiyi adi fikrin belə qalmaqalla qarşılanmasını da anlaşılmaz saydı: “Mən belə bir fikir səsləndirmişəm və bunu əsaslandırmışam da. Rəsul bəy buna etiraz edirsə, təbii qarşılayıram. Onun da mənim fikirlərimlə üst-üstə düşən açıqlaması var ki, “əgər “milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun sənəd problemi həll olunmasa, müxalifətin seçkidən kənarda qalmaması üçün “milli şura” digər namizəd irəli sürməlidir. Söhbət hazırkı vahid namizəd olan İbrahimbəyovun sənədlərinin qaydaya düşməyəcəyi haldan gedir. Mən də fikrimi əsaslandırmışdım ki, təklif olunacaq ikinci namizəd Sabir Rüstəmxanlı da ola bilər, Mehman Əliyev və “milli şura”nın üzvü olmayan Rafiq Əliyev də ola bilər. Həmçinin namizəd İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət və Rəsul Quliyev də ola bilər. Bu insanlardan biri real vahid namizəd kimi görünür. Fikrim sadəcə belə olub. İndi bunu İsa Qəmbərin müşaviri və ya hansısa müsavatçı, Rəsul Quliyev qınaqla qarşılayıbsa, özləri öz düşüncələrinə uyğun yanaşıblar məsələyə. Mən fikir bildirmişəm və bunu əsaslandırmışam da. Təklif və ya fikir səsləndirəndə də gözləmirəm ki, kimsə onu qınaqla qarşılayacaq və ya etiraz edəcək. Bu şəxsi fikirlərimdi və ortaya qoyduğum düşündüklərimdi. Müsavat Partiyası da bu mövqedədir ki, digər alternativ namizədin olması vacibdir. Əgər müsavatçılar fikrimi qınaqla qarşılayırlarsa, onda onların da mövqeyi qınaqla qarşılanmalıdır. Bu daha ədalətli olar”.
Samir Əsədli deyir ki, digər vahid namizəd kimi təklif olunan Qüdrət İsakovu tanımır: “Onu tanımıram və onun kimi şəxslərin “milli şura”nın namizədi olması şansı sıfra bərabərdir. Onu ancaq “Facebook” fəalı kimi tanımışam. İlyas İsmayılovun partiyası isə “milli şura”da təmsil olunmur. İnanmıram ki, o da buna razı ola. Amma bu və digər təklif olunan şəxslərdən fərqli olaraq partiyamız “milli şura”da təmsil olunur və bu qurumun iclaslarının əksəriyyəti də bizim partiyanın qərargahında keçirilir. VHP də “milli şura”nın təsisçilərindən biridir. Qüdrət İsakov və ya qurumda təmsil olunmayan kimsə necə vahid namizəd ola bilər? Şərt o deyil ki, kimsə təklif verəndə hamı onu dəstəkləməlidir. Mən bir təklif qoya bilərəm ortaya, başqa biri ayrı fikir səsləndirə bilər. Sonda layiq olanı seçirik”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info