Eldar Namazov “milli şura”dan gedir?
Tarix: 07.08.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


“El” hərəkatının planlaşdırdığı ümumrespublika konfransının vaxtı dəqiqləşib. “El” hərəkatından verilən məlumata görə, qurumun geniş konfransı avqustun 13-ə təyin edilib. Hərəkatın konfransı Rüstəm İbrahimbəyovun evində keçiriləcək. Qeyd edək ki, R.İbrahimbəyovun evi həm də “milli şura”nın seçki qərargahıdır. “El” rəsmisi bildirib ki, konfransa hərəkatın bütün rayon şöbələri dəvət
olunub.


Xatırladaq ki, ondan bir gün öncə, avqustun 12-də “milli şura”nın da növbəti sessiyası keçiriləcək. Bu sessiyaya qurumun sədri və vahid namizədi R.İbrahimbəyovun da qatılacağı gözlənilir. Onun hətta “milli şura”nın növbəti sessiyasına sədrlik etməsi nəzərdə tutulub. “El” hərəkatının da öz konfransını məhz “milli şura”nın sessiyasından bir gün sonraya təyin etməsi tədbiri xüsusilə maraqlı edir.
Görünür, “El”in sədri E.Namazov hərəkatın konfransını avqustun 13-ə məqsədli şəkildə təyin edib. Belə ki, “El” hərəkatı məhz avqustun 13-də “milli şura”da iştirakı ilə bağlı qərar qəbul edə bilər. “Milli şura” sədri R.İbrahimbəyovun avqustun 12-dək Rusiya vətəndaşlığı problemini həll edib, ölkəyə qayıtmayacağı halda “milli şura”nın sessiyasında qurumun ehtiyat namizədinin müəyyənləşdirilməsi variantı aktuallaşacaq.
Əgər R.İbrahimbəyov qurumun növbəti sessiyasına qədər sənədlərini qaydasına salıb, Bakıya qayıtmasa, böyük ehtimalla “milli şura”da İbrahimbəyovun namizədliyi ilə bağlı fərqli mövqedə olan güclər - xüsusən Müsavat Partiyası nümayəndələri seçki təbliğatından bir neçə gün keçdiyi və vaxt itirildiyi arqumentindən istifadə edərək, ehtiyat namizədin seçilməsinə nail ola bilərlər. Məhz bu ehtimalı nəzərə alan E.Namazov həmin variant baş tutacağı halda “El”in “milli şura”dakı fəaliyyətinə yenidən nəzər sala bilər.
“Milli şura” özünə ehtiyat namizəd seçərsə, E.Namazov “El”in sözügedən qurumdakı fəaliyyətini dayandıra bilər. Çünki “El” bu quruma məhz R.İbrahimbəyovun vahid namizədliyinə görə qoşulub. Hətta bu hərəkatın məhz İbrahimbəyovu müxalifətin vahid namizədi etmək məqsədilə yaradıldığını da iddia edirlər.
Onu da qeyd edək ki, R.İbrahimbəyov mətbuata verdiyi müsahibəsində namizədliyinə problem olarsa, Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinə dəstək verəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info