“Eldar Namazov qurduğu tora düşüb”
Tarix: 07.08.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Cümşüd Nuriyev: “Müxalifətin uğursuzluğa düçar olmasının səbəbi həmişə şəxsi ambisiyalarını dövlət və millətin maraqlarından üstün tutmalarıdır”

“Milli şura”da cərəyan edən ədavət dolu siyasi prosesləri hər nə qədər gizlətməyə çalışsalar da müxalifət liderlərinin iç üzü ortaya çıxır. İntriqalarla ədavət aparan AXCP, Müsavat funksionerləri, eləcə də ACP lideri Rəsul Quliyev və ALP sədri Əvəz Temirxanın uzun müddət bir arada olmayacağı əvvəlcədən hər kəsə bəlli idi. Artıq “milli şura”nın da taleyinin “ictimai palata”nın taleyi ilə eyni olacağı proqnozlaşdırılır.


Siyasi şərhçi Cümşüd Nuriyev “Palitra”ya “milli şura” və ümumilikdə müxalifətin acınacaqlı hala düşməsinin səbəblərini açıqlayıb. Onun fikrincə, müxalifətin belə uğursuzluğa düçar olmasının səbəbi həmişə şəxsi ambisiyalarını dövlət və millətin maraqlarından üstün tutmalarıdır: “Milli şura” “ictimai palata”nı zərərsizləşdirmək üçün düşünülmüş siyasi texnologiya idi. Əvvəlcə bu missiyanı “ziyalılar forumu” öz üzərinə götürmədi. “El” hərəkatından “ziyalılar forumu”na demək olar ki, heç bir ziyalı gəlmədi. Eldar Namazov və onun ətrafında olan daha zəif, Azərbaycan siyasi mühitində heç bir siyasi çəkisi olmayanlar bir növ özlərini foruma sırımaq üçün gəldilər. Həmin adamlar da oradan bütünlüklə “milli şura”ya transfer olundular. Eldar Namazov isə çalışdı ki, həmin adamları “milli şurada” daha çox vəzifə ilə təmin eləsin ki, bunlar üzdə olsunlar. Əvvəla bu qeyri-qanuni bir qurumdur. Rüstəm İbrahimbəyov görüntü üçün gündəmə gətirilən lider kimi təqdim olunur. Əslində burada sırf diktator statusunda Namazov çıxış edir. Onun da əsas məqsədi Əli Kərimli ilə birlikdə İsa Qəmbəri zərərsizləşdirməkdir. Bu missiyanı isə uğurla başa çatdırıblar”.
Politoloq deyir ki, “milli şura”nın yarıtmaz fəaliyyətini görən müsavatçılar “ictimai palata”nı “diriltmək” istəyirlər: “İctimai palata” məhv olduğuna görə yenidən diriltməyə çalışırlar. Amma qəbiristanlığa gedən ölü qayıtmır. Bu təşkilatın xortlama ehtimalı çox azdır. Ona görə də çalışacaqlar onlara dəyən ziyanın əvəzi olaraq “milli şura”ya hücuma keçib bunun heyfini çıxsınlar. “El” hərəkatını gündəmə gətirən Eldar Namazov ona görə əl-ayağa düşüb ki, günü-günə satmaqla və aldatmaqla Rüstəm İbrahimbəyov kartından tam olaraq hiyləgərcəsinə yararlana bilmədi. Amma indi çox çətin vəziyyətə düşüb. Çünki divar qurtarmaq üzrədir. Bu yalanları sığortalamaq üçün Namazovun əlində heç bir kart da qalmayıb. Əvvəlcədən də bildirmişdik ki, “milli şura”nın vahid namizədi İbrahimbəyov olacaqsa, onun seçkilərə qatılma ehtimalı sıfra bərabərdir. Azərbaycan iqtidarı üçün Rüstəm İbrahimbəyovla Əhməd Orucun heç bir fərqi yoxdur. Əhməd Oruc ondan daha çox siyasi çəkiyə malikdir. Məşhur məsəl var ki, “çoxbilmiş quş dimdiyindən tələyə düşər”. Rüstəm İbrahimbəyovun arxasında gizlənən əsas fiqur Eldar Namazov qurduğu tora yavaş-yavaş düşməyə başlayıb. Ona görə də çalışır ki, İbrahimbəyov olmasa özünün namizədliyini ortaya atıb vahid namizəd kimi qeydiyyatdan keçsin. Belə olacağı halda avtomatik olaraq İsa Qəmbər də öz namizədliyini verəcək. Hətta, Etibar Məmmədovun da öz namizədliyini irəli sürməsi mümkündür. Hələlik müxalifət arasında qaydasız döyüş gedir və hər kəs istədiyi şəxsə vurur. Bu proseslərdən kimin sağ çıxacağı da bilinmir. Yaxın 15 gündə bu müəyyən olunacaq. Amma Rüstəm İbrahimbəyovun Bakıya gəlmə ehtimalı sıfra bərabərdir. O, artıq Rəsul Quliyev metodundan istifadə edir. Rəsul gəlib Simferopolda dayanmışdısa, İbrahimbəyov Tiflisdə dirəndi. Hətta o gəlsə və qeydə alınsa belə YAP-ın namizədi üçün hər hansı bir siyasi təhlükədən söhbət gedə bilməz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info