KİV-də seçkiyə aid xəbərlərin sayı artıb
Tarix: 07.08.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı: “Bütün bölgələrdə və məntəqələrdə AVCİYA müşahidəçilərinin olmasını təmin edəcəyik”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələrini təqdim etdi. Bununla bağlı keçirilən mətbuat konfransında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, təmsil etdiyi qurum may ayından başlayaraq 4 mərhələdə seçkilərin müşahidəsini həyata keçirir. Hazırda qurum birinci - seçki öncəsi mühitin monitorinqi mərhələsini yekunlaşdırıb.
Bu mərhələdə 12 qəzetin monitorinqi aparılıb, 3 bülleten nəşr olunub. M. Zülfüqarlı bildirdi ki, iyun ayında seçki ilə bağlı xəbərlərin sayı nisbətən artaraq - 2,47 faiz olub. Lakin may ayı ilə müqayisədə 0,21 faiz geriləmə müşahidə edilib. Tədbirdə qeyd olundu ki, monitorinq ölkədə rəqabət qabiliyyətli seçki mühitini əks etdirə bilən 4 iqtidar, 4 müxalifət və 4 müstəqil olmaqla 12 qəzet arasında aparılıb. Yazıların 50 faizi “seçki prosesləri”nə, 19 faizi “iqtidar-müxalifət” mübarizəsinə, 31 faizi “namizədlərin təbliğatı”na həsr olunub. Monitorinq zamanı bəlli olub ki, iyun ayından fərqli olaraq, qəzetlərin səhifələrində və onların internet saytlarında seçki ilə bağlı yazıların sayında kəskin şəkildə çoxalma baş verib. Belə ki, ümumilikdə 12 qəzetdə 676 yazı çap olunub, onların internet səhifəsində isə 285 yazı yerləşdirilib. İyul ayı üçün 373 çap yazısı (50 faiz) “seçki prosesləri”nə, 120 yazı (19 faiz) “iqtidar-müxalifət” mübarizəsinə, 183 yazı isə (31 faiz) “namizəd olacaq və ya olmaq ehtimallı şəxslərin təbliğatı”na həsr olunub. Monitorinq aşkar edib ki, iyun ayı ərzində seçki xəbərləri, informasiyaların ümumi sayının 10,27 faizini təşkil edib. MSK-nın qərarı ilə seçki günü ilə bağlı avqustun 9-dan etibarən seçki kampaniyasına start veriləcək ki, bundan sonra bütün KİV-də seçki xəbərlərinin artacağı ehtimal olunur.
M. Zülfüqarlı müşahidəçilər üçün avqustun 10-dan seminar keçiriləcəyini açıqladı: “Bütün bölgələrdə və məntəqələrdə AVCİYA müşahidəçilərinin olmasını təmin edəcəyik. Sentyabrın ortalarında bu iş yekunlaşdırılacaq. Məqsəd şəffaf və demokratik keçirilən seçkilərə öz töhfəmizi vermək, o cümlədən seçki fəallığı və qanun pozuntusunun olub-olmamasını müəyyənləşdirməkdir”.
M.Zülfüqarlı bildirdi ki, Mərkəzi Seçki Komissiyası (MSK) artıq 9 oktyabr 2013-cü il tarixini prezident seçkiləri günü elan edib. Bundan başqa prezident seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə mərkəzi seçki komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə MSK-nın qərarı var. Həmçinin MSK nəzdində işçi qrup yaradılıb. O da vurğulandı ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidəçilərin ehtiyaclarının qiymətləndirilməsi missiyasının hesabatında seçkilərə dair Konstitusiya tələbləri, seçki orqanlarının fəaliyyəti, seçicilərin hüquqları, seçkiqabağı kampaniya, seçki kampaniyasının maliyyələşdirilməsi, prezidentliyə namizədlərin qeydiyyatı, KİV-in fəaliyyəti və digər məqamlar öz əksini tapıb. Ekspertlər ATƏT-ə uzunmüddətli müşahidəçi qismində 30 və qısamüddətli müşahidəçi qismində 280 müşahidəçi göndərməyi tövsiyə ediblər. O da vurğulandı ki, Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı elan edilib. Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun sözlərinə görə, bu, ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində böyük bir andır: “Avropa İttiifaqı yarandığı vaxtdan etibarən bir çoxları tərəfindən demokratik inkişafın zirvəsi kimi simvolizə edilən beynəlxalq təşkilat olub. Onun parlamenti 27-dən artıq ölkədən demokratik yolla seçilmiş orqan kimi Avropa Komissiyası ilə birlikdə dünyada demokratiyanın vəziyyətinin monitorinqi sahəsində çox iş görür. Ötən on il ərzində Avropa İttifaqı nöqteyi-nəzərindən demokratiya yolunda “problemləri” olan ölkələrə 100-dən artıq seçki müşahidə missiyası reallaşdırıb. Avropa Parlamenti Aİ və Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi Azərbaycanda keçirlmiş 2005,2008 və 2010-cu il seçkilərinə üç missiya göndərib və onların hamısı müvafiq şəkildə irəliləyişi qeyd edərək olduqca müsbət hesabatlar hazırlayıblar”. E.Süleymanovun sözlərinə görə, 2013-cü ildə parlament üç missiyadan sonra Azərbaycan üzrə seçki monitorinqini dayandırmaq qərarına gəlib və bu etibar nəhayət ki, Azərbaycana Avropada yeni və təkmilləşmiş demokratik obraz verir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info