Ölkəmiz Özbəkistanda Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Tarix: 10.06.2019 | Saat: 09:16:00 | E-mail | Çapa göndər



Özbəkistanın Namanqan şəhərində “Doing business in Namangan” mövzusunda Beynəlxalq İnvestisiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda dünyanın 36 ölkəsindən 500-dən çox qonaq iştirak edib.
Tədbirdə ölkəmizi “CTC Holding” şirkətinin baş direktoru Məhəmməd Nağıyev və “MEB İNVESTMENT” MMC-nin baş direktoru Məmməd Əhmədov təmsil ediblər.
Forumda Özbəkistan Baş nazirinin müavini Aziz Abduxakimov, xarici işlər nazirinin birinci müavini İlxom Nematov, investisiya və xarici ticarət nazirinin birinci müavini Alişir Abdualiev, Namanqan vilayətinin hakimi Xayrullo Bazarov, Ticarət-sənaye palatasının sədri Adxam İkramov çıxış edərək regiona sərmayə cəlb olunması imkanlarından danışıblar.
Bildirilib ki, vilayət rəhbərliyi sənaye, kənd təsərrüfatı, innovasiya, bərpa olunan enerji, turizm, səhiyyə və digər sahələrdə qarşılıqlı faydalı əsaslarla iş görmək üçün açıqdır.
Forum iştirakçıları “İstiqlol dizayn”, “ART Soft Tekc”, “Merrimed Farm”, “Çortoq”, “İdeal” və digər şirkətlərin fəaliyyəti ilə tanış olub.
Tədbirin yekunu ilə bağlı Namanqan vilayətinin rəhbərliyi ilə investorlar arasında 320 milyon dollar dəyərində 39 saziş imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info