Yeni arxeoloji materiallar aşkarlanıb
Tarix: 07.08.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpəsində - Neolit-Eneolit dövrü yaşayış məskənində arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, qazıntı zamanı bizim eradan əvvəl V minilliyin birinci yarısına aid mədəni təbəqə - 9 tikinti qalığı, 1 kiçik gil heykəl, 100-dən çox böyük həcmli sapand daşı, sümükdən bizlər, 3 ədəd böyük saxsı qab aşkar edilib.
Dairəvi və düzbucaqlı formada olan tikililərin əksəriyyəti öz orijinal formasını saxlayıb. Düzbucaqlı formada olan 2 tikili divarının qalınlığı 1-1,5 metr, hündürlüyü 2-2,5 metr, hər birinin sahəsi 100 kvadratmetrdir. Dairəvi formada olan digər tikili qalığının hündürlüyü 1,7 metr, diametri 5,4 metrdir.
Qarabağ Neolit-Eneolit ekspedisiyası Qarabağ düzündə yerləşən Qafqazın ən qədim erkən oturaq əkinçi maldar tayfalarına məxsus yaşayış məskənlərinin öyrənilməsi məqsədilə 2010-cu ildə yaradılıb. 2012-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant əsasında Qarabağ düzündə yerləşən müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatına və xəritələşdirilməsinə başlanılıb. Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yerində Qarabağ Neolit-Eneolit ekspedisiyası tərəfindən qazıntılara 2012-ci ildən başlanılıb. Həmin il 200 kvadratmetr sahədə aparılmış qazıntı zamanı 8 tikili qalığı, 1 qəbir, 1 böyük həcmli gil qazan aşkar edilib. Bu yaşayış məskənində aparılan arxeoloji ekspedisiyalar həm qədim tariximizin öyrənilməsi, həm də Qarabağın tarixini saxtalaşdırmağa çalışan ermənilərə cavab baxımından mühüm əhəmiyyətə malikdir. Ümumilikdə, 1,5 hektar sahəni əhatə edən İsmayılbəy təpə Neolit-Eneolit dövrü yaşayış məskənində arxeoloji qazıntılar sentyabrın ortalarınadək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info