Dəmir yolu Nəqliyyatının Hərəkət tərkibi
Tarix: 10.06.2019 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


Qatar dedikdə bir və ya bir neçə lokomotivlə və ya motor vaqonlarla hərəkətə gətirilən bir – birinə qoşulmuş vaqonlar çoxluğu başa düşülür. Qatarlar dəmir yolunun əsas hərəkət tərkibidir.
Dəmir yolunun hərəkət tərkibi aşağıdakılardan ibarətdir: dartqılı – lokomotivlər, motor – vaqon hərəkət tərkibi və dartqısız vaqonlar.
Lokomotivlərə elektrik (elektrovoz), istilik (teplovoz), qazturbinli (qazoturbovoz), buxar (parovoz) və motor (motolokomotiv), motovaqon hərəkət tərkibinə isə elektrik qatarları, dizel – qatarlar və avtomotrislər aiddir. İlk mühərrikdən və ya enerji mənbəyindən asılı olaraq lokomotivlər və motorvaqon hərəkət tərkibi avtonom (istilik, qazturbinli, buxar, motor lokomotivləri, dizel – qatar, turboqatar, avtomotris) və kənar enerji mənbəyi olan qeyri – avtonom (elektrik lokomotivi və elektroqatarlar) olaraq iki yerə ayrılır. Lokomotivlər gördüyü işə görə sərnişin (yüksək hərəkət sürətli), yük (böyük dartqı qüvvəsinə malik) və manevr lokomotivlərinə bölünürlər.
Elektrovoz elektrik mühərrikləri vasitəsilə hərəkətə gətirilən və elektrik enerjisini xarici elektrik şəbəkəsindən dartqı yarımstansiyası və kontakt şəbəkəsi və ya elektrovozda qoyulmuş akkumulyatorlardan alan qeyri – avtonom lokomotivdir. Elektrovozlar XIX əsrin ikinci yarısından ictimai nəqliyyat kimi yük daşımalarında istifadə edilirlər. Onlar 374 km/saat sürət ala bilirlər. Yerinə yetirdiyi işə görə elektrovozlar yük, sərnişin, manevr, şaxta və xüsusi sənaye təyinatlı olurlar. Qidalanma növünə görə elektrovozlar əsasən iki növ: dəyişən cərəyanlı – 25 kV, 50 Hs və sabit cərəyanlı – 3 kV olurlar.
Bundan başqa həm sabit, həm də dəyişən cərəyanlı sahələrdə istismar edilmək üçün iki sistemli elektrovozlar, karxana və mədənlərdə istismar edilmək üçün 1500 V, 550 V, 250 V sabit cərəyanla və 10 kV dəyişən cərəyanla, həmçinin akkumulyator batareyaları ilə işləyən elektrovozlar da istehsal olunur.
Teplovoz dedikdə mühərriki daxili yanma mühərriki, adətən dizel olan muxtar lokomotiv başa düşülür. Bəzi hallarda dizel – elektrovoz adı elektrik transmissiyası olan teplovozlar üçün işlədilir.
XX əsrin əvvəlində meydana gələn teplovoz, köhnəlmiş parovozların, həmçinin elə o zamanlar meydana gəlmiş, yalnız böyük yük və sərnişin axını olan magistrallarda rentabelli hesab olunan elektrovozların, iqtisadi cəhətcə səmərəli əvəzləyicisi oldu. Əsasən 1924-cü ildən yük daşımaları və manevr işlərinin yerinə yetirilməsində ictimai nəqliyyat növü kimi istismar olunan teplovozun sürəti 271 km/saata çatırdı.
Teplovozlarda enerjinin mühərrikdən təkər cütlərinə ötürülməsi üçün mexaniki, elektrik və hidravlik (hidromufta və hidrotransformator) ötürmələrdən istifadə edilir.
Teplovozlar bir, iki, üç və ya dörd seksiyalı buraxılmışlar. Teplovozun bir seksiyasının gücü 6600 a.q.-nə (EMD DDA40X amerikan teplovozu) çatır, adi teplovozlarda isə bu qiymət 4000 a.q.-ni aşmır. Teplovozların gücünü artırmaq üçün bir neçə teplovoz qatara birlikdə qoşulur.
Teplovozlar təyinatına görə qatar (və ya magistral) teplovozu, manevr və sənaye teplovozlarına bölünürlər. Magistral teplovozlar özləri yük, sərnişin və yük – sərnişin olaraq siniflərə bölünürlər. Ötürməsinin növünə görə teplovozlar elektrik, hidravlik və mexaniki ötürməli olurlar.
Avtonom dartqı üçün sürət rekordu (271 km/saat) TЭП80 teplovozuna (1993) məxsusdur. Ginnesin rekordlar kitabında isə bu sürət 238 km/saat-dır. Bu sürətə 1987-ci ildə Britaniya teplovozu Class 43 nail olub.
Dünya bankının məlumatına görə 2007-ci ildə bütün dünyanın dəmir yollarının lokomotiv parkında 86 min teplovoz və 27 min elektrovoz olub.
Qazturbinli lokomotiv dedikdə fərdi güc qurğusu olaraq qaz turbininə malik olan lokomotiv başa düşülür.
Atomovoz və ya atom lokomotivi ideyası keçən əsrin 50-cı illərindən mövcuddur.
Avtomotris (frans. automotrice, «özü hərəkət edən») – daxili yanma mühərriki (hal – hazırda, əsasən dizel) olan dəmir yolu vaqonudur. Elektrik mühərrikləri olan avtonom vaqonlar da avtomotrislərdir, lakin onları çox vaxt elektromotris adlandırırlar. XXI əsrin əvvəllərində bir çox ölkələrdə, Məsələn, Almaniyada avtomotrislər az sərnişin axını olan dəmir yolu xətlərində sərnişin daşımaları üçün istifadə olunurlar. Müasir avtomotrislərdə qatara girişi rahatlaşdırmaq üçün döşəmənin səviyyəsi aşağı salınır və daxili tərtibatına görə onlar metro vaqonunu xatırladırlar.
Bir neçə dizel vaqondan ibarət olan avtonom qatar dizel – qatar adlanır. Dizel – qatar şəhərətrafı daşımalarda elektrikləşdirilməmiş xətlərdə, həmçinin şəhərlərarası sürətli rabitələrdə istifadə edilir.
Elektrik qatarları şəhərətrafı rabitələrdə geniş istifadə edilir.
Vaqon. Dəmir yolu vaqonunun (fran. Waqon, ingil. Waggon – araba) prototipi mədən müəssisələrində ağac relslər üzərində hərəkət edən yeşik şəkilli balaca araba olub.
Dəmir yolu vaqonları həmçinin təyinatlarına görə də təsnif olunurlar. Təyinata görə bölgüdə vaqonlar sərnişin, yük (universal, xüsusiləşdirilmiş, izotermik) və xüsusi kimi siniflərə ayrılırlar. Sərnişin vaqonlarının ümumi, plaskart, kupe, yataq, restoran, salon, poçt, baqaj, ikimərtəbə kimi növləri var. Yük vaqonlarının platforma, yarımvaqon örtülü, sistern, bunker, fitinq, transportyor, refrijerator, dumpkar, xopper, avtomobildaşıyan və s. novləri var.

Lətif Kazımov




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info