Ermənistanda istefalar başlayıb...
Tarix: 10.06.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Ötən gün Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa verib. Özünün şəxsi “Facebook” səhifəsində bu barədə bəyanatla çıxış edən Zeynalyan, öz növbəsində, vaxtilə Ədliyyə Nazirliyinə namizədliyini təklif etmiş baş nazir Nikol Paşinyana da minnətdarlıq etməyi unutmayıb. Maraqlıdır ki, Zeynalyanın qeyd etdiyi bəyanatda onun istefasının səbəbləri barədə dəqiq bir fikir yoxdur. Bundan əlavə, bəzi erməni siyasətçilər artıq sabiq ədliyə nazirinin Nikol Paşinyanın “şəninə” səsləndirdiyi gözəl sözlərin arxasında maskalandığı anlamını da irəli sürürlər.
Qeyd edilməlidir ki, Zeynalyanın tutduğu vəzifədən istefasının Ermənistan Ali Məhkəmə Şurasının sədr əvəzi Ğevorq Danielyanın istefasından bir neçə saat sonraya təsadüf etməsi də diqqətçəkən məsələ kimi, bu gün də Ermənitan gündəmindədəir. Artıq erməni KİV-ləri ölkədəki istefaların hələ bir müddət davamlı olacağını da iddia edirlər. Onlar son zamanlar Paşinyan hökumətində "filtrasiya"ya, yəni hökumətdə gedən qütbləşmədə baş nazirə sərf etməyən məmurlardan təmizlənməni əsas kimi ğöstərirlər. Erməni mətbuatının iddiasına görə, əslində ölkədəki parlament seçkilərindən sonra Artak Zeynalyan uduzmuş siyasi qrup nümayəndəsi kimi, ölkənin heç bir nazir postuna təyin edilməməli idi: «…Məhz bu mənada, anlamaq mümkündür ki, Artak Zeynalyan istefa verməyib, o sadəcə olaraq, buna təhrik edilib. Əslində bu gün o, siyasi prinsipsizliyi üçün "kompensasiya alır».
Maraqlıdır, elə bu gün də erməniləri “ağ” və “qara”lara bölən Nikol Paşinyan atdığı son addımlarla ikincilərə “dəstək” verdiyinin fərqinə varırmı?
Ermənilərin «1in.am» saytının yazdığına görə, əslində, son günlər Ermənistanda baş verən hadisələr ölkədəki ümidsizliyin bütün gözləntilərini aşmaqdadır. Belə ki, Nikol Paşinyanın ölkədəki «qara köynək»lilərlə bağlı verdiyi bəyanat erməni polisinə əlavə stimul vermiş olub. Hazırda hələ ki, İrəvanda qarapaltarlı erməni vətəndaşdlarına qarşı polis özbaşnalığı tüğyan edir. Hətta erməni polisinin özbaşnalığı ilə bağlı sosial şəbəkələrdə də materiallar yer almaqdadır. Sayt yazır: «…Maraqlıdır, son günlər erməni polisinin «sərbəst polisə» çevrilməsi nə ilə əlaqədardır? Məgər ölkədə avtoritar mexanizm yenidən bərpa edilirmi? Erməni xalqı artıq məxməri inqilabın «diktatorluq» transformasiyasına şahid olmaqdadır. Belə görünür ki, cəmiyyətin psixoloji olaraq yeni avtoritar hökumətə uyğunlaşdırılmasına start verilib. Əslində, bu da təəccüblü deyil. Çünki bir çox «məxməri inqilablar»ın acı sonluqla yekunlaşması dünya təcrübəsindən də məlumdur. Bu gün biz qəbul etmək istəməsək də, Ermənistanda yarı cinayətkar, yarı siyasi şəbəkələrin mövcud olması ilə barışmalıyıq. Erməni polisinin isə bu şəbəkələrə qarşı apardığı «qeyri-adi mübarizə» ölkəni xaosa gətirib çıxaracaq»
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır
24.01.2020
Ermənistan ordusunun müqaviləli hərbçiləri xidmətdən imtina edir
24.01.2020
“Ermənistan ordusu özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11439

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
5 Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info